...

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində monitorinq başlayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Noyabr 2007 12:46 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Əlizadə/ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, çərşənbə günü Qazax rayonunun Aşağı Əskipara kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinq başlayıb. Bu barədə çərşənbə günü Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri polkovnik-leytenant Piter Ki və Caslan Nurtazin keçirəcəklər.

Ermənistan tərəfdə isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus və Miroslav Vımetal keçirəcəklər.

Qazax rayonu Azərbaycanın qərbində, ölkənin Ermənistan və Gürcüstanla sərhədində, paytaxt Bakıdan 400 km aralıda yerləşir.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk qrupu vasitəçilik edir.

Xəbər lenti

Xəbər lenti