...

Xocalı faciəsinin ildönümü ilə bağlı İsraildə ilk dəfə olaraq anım mərasimləri keçiriləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Dekabr 2007 17:26 (UTC +04:00)

Azərbaycan, Bakı Trend , müxbir İ.Əlizadə/ İlk dəfə olaraq 2008-ci ilin fevralında Xocalı faciəsinin növbəti ildönümü ilə bağlı İsraildə anım mərasimləri keçiriləcək. "Anım tədbirləri İsraildə fəaliyyət göstərən Azərbaycan-İsrail Assosiasiyasının təşkilatçılığı ilə keçiriləcək. İsrail dövləti anım mərasimlərinin keçirilməsinə icazə verib" - çərşənbə gunu jurnalistl?r? Azərbaycan-İsrail Parlamentlərarası işçi qrupun rəhbəri, deputat Yevda Abramov bildirib.

1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri, Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki erməni silahlı dəstələri, keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə, Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərini zəbt edərək, Azərbaycan xalqına qarşı soyqırım siyasətini həyata keçiriblər. Xocalının işğalı zamanı bir gecədə dinc əhalidən 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıqla, işgəncələrlə öldürülmüş, insanların başı kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların qarınları süngü ilə deşik-deşik edilmişdir.

Millət vəkili bildirib ki, Knessetdə (parlament) Xocalı faciəsi ilə bağlı dinləmələr keçirilməsi ilə bağlı, İsrail tərəfinə məktubla müraciət ediblər. Azərbaycan parlamentinə Xocalıdan və Dağlıq Qarabağda yerləşən rayonlardan seçilmiş millət vəkillərinin də dinləmələrdə məruzə ilə çıxış etmələri nəzərdə tutulub.

"Xocalı faciəsinin İsrail Knesseti tərəfindən soyqrım kimi tanınması ilə bağlı dəfələrlə məsələ qaldırmışıq. İsrail parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri İosif Şaqal bu məsələni bilir. Onlara Xocalı faciəsi ilə bağlı kifayət qədər məlumatlar verilib. Xocalı faciəsinin soyqırım kimi tanınması İsrail-Azərbaycan Parlamentləarası Dostluq Qrupunun fəaliyyətindən daha çox asılıdır. Dostluq Qrupu məsələni müzakirə edib, baxılması üçün Knessetə təqdim edə bilər", -deyə Abramov əlavə edib.

Onun fikrincə, ilk növbədə, müsəlman, türk ölkələrinin parlamentləri Xocalı faciəsini soyqırım kimi tanımalıdır. Sonra Azərbaycana yaxın olan dövlətlər bundan nümunə götürüb, Xocalı faciəsini soyqrım kimi tanıya bilərlər.

Xəbər lenti

Xəbər lenti