...

Azərbaycan və Ermənistan arasında Kəlbəcər və Laçın rayonlarının qaytarılması məsələsi üzrə ciddi fikir ayrılığı qalır - Böhran qrupunun vitse-prezidenti

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Mart 2008 17:08 (UTC +04:00)
Azərbaycan və Ermənistan arasında Kəlbəcər və Laçın rayonlarının qaytarılması məsələsi üzrə ciddi fikir ayrılığı qalır - Böhran qrupunun vitse-prezidenti

Azərbaycan, Bakı, 29 mart / Trend , müxbir K.Ramazanova/ Trend un Beynəlxalq Böhran Qrupunun vitse-prezidenti Nika Qrono ilə müsahibəsi

- Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı mərhələsini necə qiymətləndirirsiniz?

- Böhran Qrupu münaqişənin həlli və Dağlıq Qarabağın gələcək statusu ilə bağlı qabaqcadan müəyyən edilmiş təsəvvürlərə malik deyil. Biz inanırıq ki, münaqişə sülh yolu ilə həll olunmalıdır və mübahisəli bölgənin yekun statusu, etibar ölçüləri müəyyən ediləndən sonra təyin olunmalıdır.

Bu ölçülərə güc tətbiqindən imtina etmək, Ermənistan Silahlı Qüvvəlirinin Azərbaycandan çıxarılması, ticarət- kommunikasiya əlaqələrinin açılması, məcburi köçkünlərin yerlərinə qaytarılmasından sonra Dağlıq Qarabağın yekun statusu haqqında səsvermədə qarşılıqlı öhdəliklər, səsverməyədək sülhməramlı qüvvələrin bölgədə iştirakı daxil olmaqla, etibarlı beynəlxalq təminatla Dağlıq Qarabağın müvəqqəti statusunun müəyyən edilməsi daxildir.

Yuxarıda göstərilən prinsiplər "Paris prosesləri" adı altında məhşur olub, davam edən sülh danışıqlarının mahiyyətini təşkil edir. Böhran Qrupu hesab edir ki, bu prinsiplər münaqişəni sülh yolu ilə həll etmək üçün ən yaxşı strukturlarla təmin edir.

Biz güman edirik ki, danışıqlar ATƏT- in Minsk Qrupu çərçivəsində davam etməlidir. Amma biz Avropa İttifaqının proseslərdə daha fəal iştirakının tərəfdarıyıq.

Böhran Qrupu Dağlıq Qarabağ üzrə üç hesabat yayıb. Bu məruzələr münaqişənin araşdırılması, danışıqlar prosesi və vaxtında verilən informasiya ilə təminata kömək edir. Biz eləcə də, problemə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək üçün müdafiə məsələlərində də iştirak edirik. Biz Ermənistan və Azərbaycan hökumətləri və ictimiyyəti ilə birgə işləyirik.

- Danışıqların bu mərhələsinə nə mane ola bilər və Madriddə Azərbaycan və Ermənistan XİN rəhbərlərinə yazılı surətdə təqdim olunan münaqişənin həlli üzrə təkliflər paketinin Ermənistanın yeni hökumətinin qəbul edəcəyinə əminsinizmi?

- Mənim bildiyimə görə, Azərbaycan və Ermənistan, 2007-ci ilin sonlarında bu ölkələrin xarici işlər nazirlərinin görüşündə, onlara təqdim olunan "Paris prosesləri" və "Əsas prinsiplər" çərçivəsində, danışıqların davam etdirilməsinə hazır olduğunu bldirib. Lakin Kəlbəcər və Laçın rayonlarının qaytarılması, Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsi üzrə səsvermə metodları, və səsverməyədək Azərbaycan ictimaiyyətinin Dağlıq Qarabağa qayıtması məsələlərilə bağlı ciddi fikir ayrılığı gündəmdə qalır.

Biz ümid edirik ki, "Əsas prinsiplər" də əsaslandırılmış ikitərəfli sülh razılığına gəlmək üçün tərəflər qalan maddələr üzrə fikir ayrılığını aradan qaldıra biləcəklər.

Bunun üçün danışıqları davam etdirmək və martın 4-də baş verən və insan qurbanlarına səbəb olan cəbhə xəttindəki toqquşmalardan qaçmaq lazımdır. ATƏT gələcəkdə də bənzər hallarla üzləşməməkdən ötrü cəbhə xəttindəki nəzarəti güncləndirməklə bağlı bütün mümkün məsələləri nəzərdən keçirməlidir.

Tərəflər hərbi ritorikadan da çəkinməli və cəmiyyətin vətəndaş dialoqu və insanlar arasında təmas yaranmasını təmin etməlidir. Seçkilər mərhələsində belə əlaqələr daha əhəmiyyətlidir.

Etibar ölçüləri "Əsas prinsiplər"in icrasında ilk addım kimi, etnik Ermənistan qüvvələrinin işğal edilmiş ərazilərdən çıxarılmasına gətirib çıxarmalıdır.

- Kosovo birtərəfli şəkildə Serbiyadan ayrıldığını elan edib. Bu digər münaqişələrdə də öz əksini tapa bilərmi?

- Beynəlxalq cəmiyyət razılığa gəlib ki, Kosovo Avropa məkanındakı digər münaqişələrə presedent ola bilməz.

Kosovonun unikallığı ondadır ki, beynəlxalq cəmiyyət bu məsələyə Miloşeviç rejiminin Kosovo albanlarına qarşı törətdiyi cinayətlərdən sonra qarışıb. Böhran Qrupu hər münaqişəni nadir hal kimi qiymətləndirir və hesab edir ki, Kosovo Cənubi Qafqazdakı digər münaqişələr üçün presedent olmayacaq.

Xəbər lenti

Xəbər lenti