...

Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair "əsas prinsiplər" üzrə əhəmiyyətli nəticələrə nail olublar - Aİ

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Aprel 2008 19:15 (UTC +04:00)
Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair "əsas prinsiplər" üzrə əhəmiyyətli nəticələrə nail olublar - Aİ

Azərbaycan, Bakı, 03 aprel/ Trend , müxbir K.Ramazanova/ Avropa İttifaqı hesab edir ki, Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair "əsas prinsiplər" üzrə nəzərəçarpacaq nəticələrə nail olublar.

"Son illər tərəflər mövqelərindəki fərqləri nəzərəçarpacaq dərəcədə azaldıblar və həll edilməmiş çox az məsələ qalıb",- Azərbaycanın Avropa Qonşuluq Siyasəti çərçivəsində öhdəliklərinin yerinə yetirilməsi haqqında Avropa İttifaqı Avropa Komissiyasının xarici siyasət üzrə komissarlığının cümə axşamı dərc edilmiş məruzəsində deyilir.

2007-ci ilin sonunda ATƏT Minsk Qrupunun həmsədrləri ilk dəfə olaraq Azərbaycan və Ermənistana Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə "Əsas prinsiplər" sənədini təqdim ediblər.

Komissiyanın məruzəsində deyilir ki, Avropa İttifaqı bu münaqişə məsələsində ATƏT MQ-nin səylərini dəstəkləyir.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: trend

Xəbər lenti

Xəbər lenti