...

Rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bütün təşəbbüsləri dəstəkləyir-nazir müavini

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Sentyabr 2008 14:19 (UTC +04:00)
Rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bütün təşəbbüsləri dəstəkləyir-nazir müavini

Azərbaycan, Bakı, 29 sentyabr / Trend / müxbir İ.Əlizadə/ Rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və Azərbaycanın ərazi bütövlüyü çərçiəvəsində həllinə dair bütün təşəbbüsləri dəstəkləyir. "Biz hər bir ölkənin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və Azərbaycanın ərazi bütövlüyü əsasında həllinə yönəlmiş təşəbüslərini müsbət qarşılayırıq və dəyərləndiririk", bu barədə bazar ertəsi jurnalistlərə açıqlamasında Azərbaycan prezidentinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Araz Əzimov İranın vasitəçilik təşəbbüslərini şərh edərkən bildirib.

Trend -un arayışı: Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk qrupu vasitəçilik edir.

Rəsmi Tehran bəyan edib ki, Dağlq Qarabağ münaqişəsinin həllinə dair Azərbaycan və Ermənistanla danışıqlara başlayıb.

"İran məsələlərin sülh yolu ilə həllində maraqlıdır və istəyir ki, bütün qonşu dövlətlərlə əlaqələrini eyni səviyyədə inkişaf etdirmək imkanlarına malik olsun. Əlbəttdə, Azərbaycan ərazilərinin işğal olunması buna böyük bir mane yaradır. Dağlıq Qarabağ münaqişəsinin həll olunmasından sonra bölgədə olan bir bir sıra məsələlərin aradan qaldırılması daha asan olacaq və İran bunu başa düşür", -deyə Əzimov əlavə edib.

Nazir müavini əlavə edib ki, bütün vasitəçilik təşəbbüslərinə baxmayaraq, münaqişənin həllinə dair danışıqların aparılması üçün beynlxalq formatlar və qərarlar var və bunlar nəzərə alınmalıdır: "Münaqişənin həllinə dair baza var və bu baza əsasında səylər davam etdirilir".

Əzimov bildirib ki, eyni zamanda, münaqişənin həllində Türkiyənin rolunun artması müşahidə olunur və rəsmi Bakı bunu dəstəkləyir. O qeyd edib ki, Türkiyə ATƏT-in Minsk qrupunun üzvü olan ölkə kimi münaqinənin həllində öz mövqeyini prinsipal formada bildirməsi və bu, mövqeyi həyata keçirmək üçün atdığı addımlaı müsbət qiymətləndirilməlidir: "Çünki Türkiyə bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü əsasında həllinə tərəfdar olan ölkələrdən biridir. Eyni zamanda, Azərbaycanan strateji tərəfdaşı və bölgədəki münaqişələrin həllində bilavasitə maraqlı olan ölkədir".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti