...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Fevral 2009 10:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 fevral/Trend News, müxbir K.Zərbalıyeva/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri fevralın 26-da saat 17.30-dan 17.40-dək və 22.00-dan 22.05-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonu Mosesqex və Noyemberyan rayonu Vazaşen kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz və Qazax rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini, saat 11.05-dən 11.15-dək, 18.20-dən 18.50-dək və fevralın 27-də saat 05.30-dan 05.40-dək fasilələrlə Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 12.30-dan 12.40-dək və 18.55-dən 19.00-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 16.20-dən 16.45-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 21.00-dan 21.20-dək və fevralın 27-də saat 03.15-dən 03.50-dək fasilələrlə Ağdam rayonunun Yusifcanlı kəndi kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti