...

Ermənistan və Azərbaycan cəbhə xəttində atəşkəs rejiminin pozulması faktlarının çoxalması məsələsinin ATƏT-də müzakirə olunması Minsk qrupunun narahatçılığı ilə əlaqədardır - nümayəndəliyin rəhbəri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Mart 2009 15:41 (UTC +04:00)
Ermənistan və Azərbaycan cəbhə xəttində atəşkəs rejiminin pozulması faktlarının çoxalması məsələsinin ATƏT-də müzakirə olunması Minsk qrupunun narahatçılığı ilə əlaqədardır - nümayəndəliyin rəhbəri

Azərbaycan, Bakı, 04 mart / Trend , müxbir E.Rüstəmov / "Ermənistan və Azərbaycan arasındakı cəbhə xəttində atəşkəs rejiminin pozulması faktlarının çoxalması məsələsinin ATƏT-in Daimi Şurasının müzakirəsinə çıxarılması, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri - ABŞ, Fransa və Rusiyanın narahatçılığından xəbər verir", - Azərbaycanın ATƏT yanındakı nümayəndəliyinin rəhbəri, ölkənin Avstriyadakı səfiri Fuad İsmayılov hesab edir.

ATƏT-in monitorinqi zamanı Ermənistan və Azərbaycan Silahlı Qüvvələrinin təmas xəttində baş vermiş son insident və atəşkəs rejiminin pozulması faktlarının çoxalması məsələsinə cümə axşamı Vyanada, ATƏT-in Daimi Şurasının iclasında baxılacaq", - bir müddət əvvəl jurnalistlərə ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov deyib.

Fevralın 26-da Ermənistan və Azərbaycan Silahlı Qüvvələrinin təmas xəttində, Füzuli rayonunun Horadiz məntəqəsi yaxınlığında ATƏT missiyasının növbəti monitorinqinin keçirilməsi nəzərdə tutulmuşdu. Ancaq atəşkəs rejiminin pozulması səbəbindən bu, baş tutmayıb.

ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik cəbhə xəttində atəşkəs rejiminin pozulması faktları haqqında hesabat hazırlayıb və onu ATƏT-in Daimi Şurasına təqdim edəcək.

"Bu sadəcə müzakirələrdir və orada heç bir qərar qəbul edilmir", - Trend -a İsmayılov deyib.

Burada söhbət ATƏT-in üzv ölkələrinin diqqətinin bu faktlara cəlb edilməsindən gedir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər вə о вaхtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya,  Fransa вə ABŞ-ın həmsədrliyi ilə, hələ də nəticəsiz sülh danışıqları aparılır. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti