Azərbaycan, Bakı, 23 aprel / Trend , müxbir E.Tariverdiyeva /
Yaxın zamanda Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupu həmsədrləri olan Rusiya, Fransa və ABŞ-ın dövlət başçılarının görüşü baş tuta bilər. Bu haqda cümə axşamı Bakıda jurnalistlərə, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Meytu Brayza İrəvan səfərindən sonra deyib. Bir müddət əvvəl o, Minsk Qrupunun fransalı və rusiyalı həmsədrləri ilə birlikdə Ermənistan rəhbərliyi ilə Qarabağ məsələsinin həlli üzrə danışıqları aparıb.
"Biz ümid edirik ki, danışıqlardakı irəliləyişdən asılı olmayaraq, tezliklə belə bir görüş baş tutacaq", - Brayza bildirib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993 - cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 - cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər və о вaхtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa вə ABŞ - ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
Onun sözlərinə görə, problemin birdəfəlik həllinin nə vaxt baş verəcəyi məlum deyil, bu, "bir neçə ay və ya il ərzində baş verə bilər". "Bizim məqsədimiz - Azərbaycan və Ermənistan arasındakı baza prinsipləri əsasında çərçivə razılaşmasına nail olmaq üçün bütün diplomatik səylərdən istifadə etməkdir", - diplomat deyib.
"Hər şey Azərbaycan və Ermənistan prezidentlərinin siyasi iradəsindən asılıdır", - Brayza hesab edir.
Onun sözlərinə görə, İrəvandakı danışıqlardan sonra prosesin irəliləməsi nəzərə çarpır. Brayza ümid edir ki, iki ölkənin liderləri mayın 7-də Praqada görüşəcəklər, "hər şey isə Minsk Qrupu həmsədrlərinin böyük irəliləyişə əvvəlkindən nə dərəcədə çox təsir edəcəklərindən asılıdır".