...

Azərbaycanda terror aktları törətdikləri üçün 282 nəfər beynəlxalq axtarışa verilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 İyul 2009 17:16 (UTC +04:00)
Azərbaycanda Xocalı, Meşəli, Bağanis-Ayrım faciələrini və terror aktlarını törətdikləri üçün 282 nəfər beynəlxalq axtarışa verilib. Ötən il qeyd olunan cinayətlər üzrə axtarışa verilənlərin sayı 279 nəfər olub.
Azərbaycanda terror aktları törətdikləri üçün 282 nəfər beynəlxalq axtarışa verilib

Azərbaycan, Bakı, 24 iyul / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanda Xocalı, Meşəli, Bağanis-Ayrım faciələrini və terror aktlarını törətdikləri üçün 282 nəfər beynəlxalq axtarışa verilib.

Ötən il qeyd olunan cinayətlər üzrə axtarışa verilənlərin sayı 279 nəfər olub.

Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən cümə günü Trend -a verilən məlumata görə, qeyd olunan cinayətlər, habelə əsir düşmüş şəxslərə işgəncə verilməsi və erməni silahlı qüvvələrinin törətdikləri digər cinayət əməlləri Cinayət Məcəlləsinin soyqırım (103) və digər maddələri ilə tövsif edilib.

Bu cinayətlərdə təqsirləndirilən şəxslərin məsuliyyətə cəlb edilməsi üçün müvafiq istintaq hərəkətləri aparılır.

Trend -un arayışı: İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər və о vaхtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ də nəticəsiz sülh danışıqları aparılır.

Trend -un arayışı: 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən yeddi min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirilib. Əhalinin xeyli hissəsi 4 aydan artıq zaman ərzində mühasirədə olduğundan Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız üç minə yaxın insan qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb ki, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti