Fransa,Strasburq, 30 sentyabr/ Trend , müxbir A.Məhərrəmli/
Azərbaycan insanlarının sağlam ətraf mühitdən istifadə edərək normal yaşamaq haqqı Ermənistan tərəfindən məqsədli və ardıcıl şəkildə pozulmaqdadır. Bu fikirləri çərşənbə günü Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov qurumun payız sessiyası çərçivəsində Portuqaliyalı deputat Xose Mendes Botanın hazırladığı "Sağlam ətraf mühitdə yaşamaq haqqına dair Avropa İnsan Haqları Konvensiyasına əlavə Protokolun hazırlanması" adlı məruzə ətrafında aparılan müzakirələrdə çıxışında deyib.
Millət vəkili qeyd edib ki, sağlam ətraf mühit bilavasitə insanın həyatı ilə bağlı olduğundan, təbii ki, heç vəclə sırf ekoloji problem sayıla biməz. Bu məsələ kifayət qədər siyasi mənası olan və insan haqları ilə əlaqəli şəkildə araşdırılmalı sualdır.
"Arxada qalan 9 il ərzində Azərbaycanın AŞ çərçivəsində ətraf mühit məsələləriylə bağlı əksər müzakirələrə fəal müdaxiləsi məhz bu amildən irəli gəlir. İşğala məruz qalmış bir ölkə olaraq Azərbaycan öz ekologiyasına da təcavüzkar Ermənistan tərəfindən mütəmadi olaraq ağır zərbələr vurulduğunu dəfələrlə bəyan edib.
Hərbi təcavüz, onun dağıntıları hansısa qısa zaman kəsiyində baş verən hadisədirsə, ekoloji müharibə daha uzunmüddətli, zərərli təsiri xeyli dərnlərə işləyən daha qorxulu faciədir."-deyə millət vəkili qeyd edib.
Azərbaycanın Ermənistan tərəfindən zəbt edilmiş və hər cür beynəlxalq nəzarətdən kənarda qalan ərazilərində işğalçı dövlətin narkotiklər əkib-becərildiyinə, nüvə tullantılarının basdırıldığına, çaylara zəhərli kimyəvi və radioaktiv maddələrin axıldığına dair dəfələrlə AŞ PA-da məsələ qaldırıldığını və ciddi sənədlər hazırlandığını qeyd edən millət vəkili Ermənistan tərəfindən yanğınlar törədilmısi hallarının da sistematik xaraker aldığını vurğulayıb.
"Son illərdə Ermənistan tərəfindən həm işğal altındakı ərazilərdə, həm də Azərbaycanla həmsərhəd bölgələrdə yanğınlar törədilməsi sistematik səciyyə alıb. Bu ətraf mühitlə yanaşı, eyni zamanda həmin ətrafda yaşayan insanların daim qorxu və stress içərisində qalmasına səbəb olur. İşğalın vurduğu daha bir ciddi zərbə təbiətin vəhşiləşdirilməsidir, 20 ilə yaxındlr işğal olunan Azərbaycan əraziləri əkilib-becərilmir.Bu torpaqları əvvəlki normal vəziyyətinə qaytarmaq üçün onillər tələb olunur"-deyə Rafael Hüseynov bildirib.
Yaşamaq və sağlam yaşamaq insanın ilk və ən ali haqqıdır. Təbiətə qarşı qəddar münasibət bəlkə də toplarla, atəşlərlə edilən təcavüzdən qorxuncdur Bu insanların ali haqlarının indisinə deyil, gələcəyinə də təhlükə yaradır.
Beləliklə, Azərbaycan insanlarının sağlam ətraf mühitdən istifadə edərək normal yaşamaq haqqı Ermənistan tərəfindən beləcə məqsədli və ardıcıl şəkildə pozulmaqdadır.
"Bu cür həyat əhəmiyyətli problemlərlə üz-üzə olan Azərbaycan, aydın məsələdir ki, İnsan Haqları üzrə Avropa Konvensiyasının sağlam ətraf mühitdə yaşamağa dair əlavə Protokolunu yüksək dəyərləndirir. Amma bir şərtlə ki, bu Protokol hamı üçün işləsin, xüsusilə onun təklif etdiyi bir sıra ümdə məsələlərə münasibətdə daim pozuculuq xətti tutan Ermənistan kimi intizamsız dövlətə münasibətdə işləsin"-deyə millət vəkili qeyd edib.
Ermənistan yalnız təcavüz etdiyi qonşu ölkənin ekologiyasına ziyan vurmaqda yox, öz xalqının gələcəyinə də ölkədə ekoloji tarazlığı pozmaqla vurduğu ziyanlar bəllidir. Neçə illərdir ki, Ermənistandakı Yaşıllar Hərəkatının etiraz səsi Ermənistan dövləti tərəfindən pozulmaqdadır. Azru edərdik ki, Protokolun tələbləri qanunlara məhəl qoymayan belə üzvlər üçün də icbarı olsun.
İnanmaq istərdik ki, qəbul edilən Protokolun problemin həllinə öz müsbət töhfələrini edəcək, Avropa insanının sağlam ətraf mühitdə yaşamaq haqqının daha yüksək səviyyədə təmin olunması üçün etibarlı zəminə çevriləcəkdir.