...

ATƏT-in sədri Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi ilə bağlı Bakıda görüşlərə başlayıb (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Fevral 2010 11:13 (UTC +04:00)
ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstan Respublikasının xarici işlər naziri, dövlət katibi Kanat Saudabayev Azərbaycanın siyasi partiyalarının təmsilçiləri ilə göruş keçirib.
ATƏT-in sədri Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi ilə bağlı Bakıda görüşlərə başlayıb (ƏLAVƏ OLUNUB)

RED. əlav.: 5-8-ci abzaslar əlavə olunub

Azərbaycan, Bakı, 15 fevral / Trend , müxbir K.Konırova/

ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstan Respublikasının xarici işlər naziri, dövlət katibi Kanat Saudabayev Azərbaycanın siyasi partiyalarının təmsilçiləri ilə göruş keçirib.

Azərbaycanda rəsmi səfərdə olan Saudabayev ölkə inkişafının yüksək səviyyədə olduğunu qeyd edib. Onun sözlərinə görə, bu, ümummilli lider Heydər Əliyev siyasətinin İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ilə əlaqədardır.

Azərbaycanın Demokratik İslahatlar Partiyasının lideri Asim Mollazadənin qazaxıstanlı qonaqla görüşdə dediyi kimi, Azərbaycan beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsini nizamlayacağına ümidini itirir.

"Biz Azərbaycanda ATƏT-in Minsk qrupunun fəaliyyətindən razı deyilik. ATƏT-in Minsk qrupu danışıqlar prosesinin imitasiyası üçün şərait yaradır, lakin nəticəsizdir. Nəticədə, Azərbaycanda beynəlxalq təşkilatların münaqişənin sülh yolu ilə həllində bizə kömək etməyə qadir olmasına ümid itir", - Mollazadə deyib.

Partiya rəhbəri, eyni zamanda, Nursultan Nazarbayevin münaqişənin sülh yolu ilə həll edilməsi təşəbbüsü ilə çıxışını xatırladaraq, Qazaxıstanın bu istiqamətdə fəallığını qeyd edib.

"Biz Qazaxıstandan haqlı nihilizm gözləyirik", - Mollazadə deyib.

Onun sözlərinə görə, Qazaxıstanın ATƏT-ə sədrliyi münaqişənin həllində Azərbaycana ümid verir.

Görüşdə iştirak edən hakim Yeni Azərbaycan Partiyasının icraçı direktoru Əli Əhmədov ATƏT sədrinin diqqətini Dağlıq Qarabağ münaqişəsinin artıq 20 ildir həll olunmadığına yönəldib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Görüşdə həmcinin Müsavat Partiyasının başqanı İsa Qəmbər, Ümid Partiyasının sədri İqbal Ağazadə, AXCP sədri Əli Kərimli, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa və Azərbaycan Naminə İctimai Forumunun prezidenti Eldar Namazov iştirak ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti