...

ATƏT PA-nın prezidentinin Azərbaycana səfəri zamanı Dağlıq Qarabağ probleminə xüsusi yer veriləcək - vitse-spiker

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Mart 2010 13:54 (UTC +04:00)
Azərbaycanın vitse-spikeri bildirib ki, ATƏT PA-nın prezidentinin ölkəmizə səfəri zamanı Dağlıq Qarabağ probleminin həlli məsələsinə xüsusi yer veriləcək.
ATƏT PA-nın prezidentinin Azərbaycana səfəri zamanı Dağlıq Qarabağ probleminə xüsusi yer veriləcək - vitse-spiker

Azərbaycan, Bakı, 02 mart / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın vitse-spikeri bildirib ki, ATƏT PA-nın prezidentinin ölkəmizə səfəri zamanı Dağlıq Qarabağ probleminin həlli məsələsinə xüsusi yer veriləcək.

"ATƏT Parlament Assambleyasının prezidenti Joao Suareşin səfəri zamanı müzakirə olunacaq əsas məsələ Azərbaycanın bu qurumdakı fəaliyyəti və regiondakı vacib problemlər olacaq", - Trend -un məılumatına görə, çərşənbə axşamı jurnalistlərə Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib.

Trend -un arayışı: ATƏT PA-nın prezidenti Joao Soareşin rəhbərliyi ilə ATƏT Parlament Assambleyası nümayəndə heyəti və Dağlıq Qarabağ üzrə xüsusi nümayəndə Qoran Lenmarker martın birinci ongünlüyündə Azərbaycana səfər edəcək.

Muradovanın sözlərinə görə, ən vacib məsələ Dağlıq Qarabağ münaqişəsi və onun ATƏT-in vasitəçiliyi ilə həlli məsələsidir.

"Düşünürəm ki, Dağlıq Qarabağ üzrə xüsusi məruzəçisi Qoran Lenmarkerin də səfərdə ATƏT PA-nın prezidentini müşayiət edəcəyini nəzərə alsaq, burada əsas söhbət Dağlıq Qarabağ problemindən gedəcək", - vitse-spiker əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, FransaABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]/

Xəbər lenti

Xəbər lenti