• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Daxil ol
  • Qeydiyyatdan keç
  • Əsas səhifə
  • Gündəm
  • Dağlıq Qarabağ Münaqişəsi

Azərbaycanın maraqlarına heç vaxt xor baxılmayacaq – Türkiyə XİN rəhbəri (YENİLƏNİB)

14 İyul 2010 14:34 (UTC+04:00)
  • 0
  • 0

Türkiyə Ermənistanla münasibətlərin normallaşması prosesində Azərbaycanın maraqlarına heç vaxt xor baxmayacaq. Bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib, - Cihan agentliyi xəbər yayıb.

"Türkiyə daim xüsusi münasibətləri olan Azərbaycana hədsiz dəstəyi göstərməkdə davam edəcək", - Davudoğlu bildirib. O əlavə edib ki, Türkiyə hökumətinin Ermənistanla münasibətləri normallaşdırması məsələsində mövqeyi dəyişməz qalıb.

Onun sözlərinə görə, Ermənistanla münasibətlərin normallaşdırılması üzrə protokolların imzalanması Ankaranın Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olması məqsədilə vacib addımdır, lakin bu, kifayət deyil.

"Regionda uzunmüddətli sülh və sabitlik üçün Ermənistan və Azərbaycan arasında münaqişəni həll etmək lazımdır. Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması bu konteksdə kifayət etmir", - Davudoğlu qeyd edib.

Ötən ilin oktyabrında Sürixdə Türkiyə və Ermənistan XİN rəhbərləri ölkələr arasında 1993-cü ildə dayandırılan ikitərəfli münasibətlərin normallaşdırılması haqqında protokol imzalayıblar. Protokolların qüvvəyə minməsi üçün hər iki ölkənin parlamenti onu ratifikasiya etməlidir.

Türkiyə hökuməti bəyan edib ki, Ankaranın Yerevanla münasibətləri Ermənistan Azərbaycanın işğal etdiyi əraziləri azad etdikdən sonra bərpa olunacaq.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.1990-cı illərdə BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Türkiyəli nazir bildirib ki, Cənubi Qafqazda vəziyyətin sabitləşməsi Ankaranın xarici siyasətinin başlıca məqsədlərindən biridir.

"Cənubi Qafqazdakı hazırkı münaqişələr sülhün və sabitliyin bərqərar olmasına maneçilik törədir ki, bu da regional ölkələri, o cümlədən, Türkiyə üçün daim təhlükə yaradır", - Davudoğlu qeyd edib.

Ermənistanla protokolların gələcəyindən danışan Türkiyə xarici siyasət idarəsinin rəhbəri bildirib ki, sənədlər hər iki parlamentin təsdiqindən sonra qüvvəyə minəcək.

Apreldə Ermənistan prezidenti Serj Sarkisyan öz fərmanı ilə ölkə parlamentində Ermənistan-Türkiyə protokollarının ratifikasiya olunması prosedurunu dayandırıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Kateqoriyasında olan digər xəbərlər
Cəbhədə atəşkəs 20 dəfə pozuldu
Dağlıq Qarabağ Münaqişəsi 09:23
Səfir: Fransa ATƏT Minsk qrupundakı roluna sadiqdir
Dağlıq Qarabağ Münaqişəsi 9 Dekabr 17:18
Cəhbədə atəşkəs rejimini pozuldu - 22 dəfə
Dağlıq Qarabağ Münaqişəsi 9 Dekabr 09:43
Cəbhədə atəşkəs 23 dəfə pozuldu
Dağlıq Qarabağ Münaqişəsi 8 Dekabr 09:44
Cəbhədə atəşkəs 24 dəfə pozuldu
Dağlıq Qarabağ Münaqişəsi 7 Dekabr 09:39
Mogerini: Aİ Dağlıq Qarabağdakı "seçkilər"i tanımır
Dağlıq Qarabağ Münaqişəsi 7 Dekabr 02:32
Xəbər lenti
Bu günə qədər 15 mindən çox şəxsə pensiya e-qaydada təyin olunub.
İqtisadiyyat 11:41
Noyabrda gündəlik neft hasilatı 776 min barrel olub
İqtisadiyyat 11:39
Bakı Ali Neft Məktəbinə "JewelSuite" proqram təminatı üçün lisenziyanın verilməsi barədə təhvil-təslim aktı imzalanıb
İqtisadiyyat 11:32
Bu ilin sonuna kimi sosial xidmətlər üzrə vətəndaşlara verilən elektron arayışların sayı artırılacaq
İqtisadiyyat 11:32
Ticarət Mərkəzindəki yanğınla bağlı əraziyə təyyarə cəlb olundu (FOTO) (YENİLƏNİB)
Hadisə 11:30
SOCAR və "Baker Hughes" arasında bir sıra sənədlər imzalanıb
Energetika 11:29
Bu şəxslərə Prezidentin aylıq təqaüdü elektron qaydada aparılacaq
Cəmiyyət 11:20
Narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb (FOTO)
Hadisə 11:17
Komitə sədri: Azərbaycanda xaricdən dəstəklənən, din adı altında gizlənən qrupların baş qaldırmasının qarşısı alınıb
Siyasət 11:17
Ən çox oxunanlar
FHN səfirlikdə baş verən tüstülənmə ilə bağlı məlumat yayıb (FOTO) (YENİLƏNİB)
FHN səfirlikdə baş verən tüstülənmə ilə bağlı məlumat yayıb (FOTO) (YENİLƏNİB)
Bakıda ticarət mərkəzi yanır (FOTO/VİDEO)
Bakıda gölməçədə avtomobil batıb
ABŞ Ermənistan vətəndaşlarının viza müraciətlərini kütləvi şəkildə rədd edib
Nəzər nöqtəsi
Politoloq: Azərbaycanla Rusiya arasında bütün sahələr üzrə əməkdaşlıq mövcuddur (VİDEO)

Politoloq: Azərbaycanla Rusiya arasında bütün sahələr üzrə əməkdaşlıq mövcuddur (VİDEO)

İsa Qəmbərlə Gültəkin Hacıbəyli arasında qalmaqal - "Bir şəxs ki, siyasi tacir statusu ala..."
650 mindən çox ağac əkilməsi ilə "Müstəqil Azərbaycan" adlı kitaba daha bir tarix yazıldı (KÖŞƏ)
Azernews Newspaper
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Xəbər terminalı
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2019 Trend News Agency
İstifadə şərtləri