...

Azərbaycan ümid edir ki, Rusiya hərbi bazasının Ermənistanda qalma müddətinin uzadılması, Dağlıq Qarabağ münaqişəsinin həllinə mənfi təsir göstərməyəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Avqust 2010 12:50 (UTC +04:00)
Azərbaycan ümid edir ki, Rusiya hərbi bazasının Gümrüdə qalma müddətinin uzadılması barədə Rusiya ilə Ermənistan arasında imzalanan protokol Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesinə mənfi təsir göstərməyəcək.
Azərbaycan ümid edir ki, Rusiya hərbi bazasının Ermənistanda qalma müddətinin uzadılması, Dağlıq Qarabağ münaqişəsinin həllinə mənfi təsir göstərməyəcək

Аzərbaycan, Bakı, 24 avqust /Trend, müxbir М.Əliyev/

Azərbaycan ümid edir ki, Rusiya hərbi bazasının Gümrüdə qalma müddətinin uzadılması barədə Rusiya ilə Ermənistan arasında imzalanan protokol Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesinə mənfi təsir göstərməyəcək.

"Rusiyanın rəsmi dairələri təsdiq edirlər ki, Ermənistanda imzalanmış sənəd Dağlıq Qarabağ münaqişəsinin nizama salınma prosesinə mənfi təsir göstərməyəcək", - bu barədə çərşənbə axşamı jurnalistlərə Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov deyib.

Rusiya və Ermənistan Rusiyanın Gümrüdəki hərbi bazası haqqında 1995-ci ildə bağlanmış ikitərəfli müqaviləyə dəyişikliklərin edilməsi barədə protokol imzalayıblar. Dəyişiklik Rusiya bazasının Ermənistanda qalma müddətinin uzadılmasını nəzərdə tutur. "RİA-Novosti" agentliyinin məlumatına görə, protokolları hər iki ölkənin müdafiə nazirləri imzalayıblar. Sənədlərin imzalanması iki ölkə prezidentləri - Dmitri Medvedev və Serj Sarkisyan arasındakı danışıqların yekununda baş tutub. 1995-ci il müqaviləsinin müddəti 25 il təşkil edirdi, indi isə o, 49 il müddətinə qüvvədə olacaq (1995-ci ildən başlayaraq).

"Nəticələr Rusiya Prezidentinin cari ilin sentyabr ayında Azərbaycana səfərinin yekunlarına əsasən çıxarılacaq", - Əhmədov bildirib.

"Azərbaycan tərəfi bu səfərdən Rusiyanın aydın müəyyən olunmuş mövqeyini gözləyir",  - Azərbaycanın hakim partiyasının sədr müavini bəyan edib.

Xəbər lenti

Xəbər lenti