...

Qarabağ separatçıları liderinin Livana səfəri şəxsi xarakter daşıyıb – Azərbaycanın konsulu

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Avqust 2010 16:40 (UTC +04:00)
Qondarma "Dağlıq Qarabağ respublikası"nın rəhbəri Bako Saakyanın rəhbərliyi ilə Qarabağ separatçılarından ibarət qrup Livana səfəri zamanı Livanın rəsmi dairələri ilə heç bir görüş keçirməyib.
Qarabağ separatçıları liderinin Livana səfəri şəxsi xarakter daşıyıb – Azərbaycanın konsulu

Azərbaycan, Bakı, 24 avqust /Trend, müxbir Ü.Sadıxova/

Qondarma "Dağlıq Qarabağ respublikası"nın rəhbəri Bako Saakyanın rəhbərliyi ilə Qarabağ separatçılarından ibarət qrup Livana səfəri zamanı Livanın rəsmi dairələri ilə heç bir görüş keçirməyib. Bu barədə Trend-ə Azərbaycanın Beyrutdakı fəxri konsulu Nazih Qassub bildirib.

Saakyanın başçılıq etdiyi qrup əsas etibarilə erməni və erməni kilsəsinin nümayəndələrinin yaşadığı Livanın Ançar kəndində erməni icması ilə görüşlər keçirib. Bu barədə konsul çərşənbə axşamı Beyrutdan telefonla bildirib.

Bundan əvvəl erməni KİV məlumat verib ki, Saakyan və onu müşayiət edən nümayəndə heyəti erməni əsilli livanlı nazirlər, deputatlar və yerli idarəetmə orqanlarının rəhbərləri, eləcə də Böyük Kilikiya Evinin katolikosu I Aramla görüşüblər.

Lakin konsul Saakyan və onu müşayiət edən nümayəndə heyətinin Livan tərəfi ilə rəsmi görüşləri barədə məlumatı Azərbaycan tərəfinin rəsmi sorğusuna Livan hakimiyyətinin verdiyi cavaba istinadən təkzib edib.

Ermənilərin Beyrutda qondarma "Dağlıq Qarabağ respublikası"nın rəsmi nümayəndəliyinin olması ilə bağlı məlumatına toxunan Qassub qeyd edib ki, Livanda "Qarabağ" adını daşıyan və rəsmi olaraq qondarma "Dağlıq Qarabağ respublikası"nı təmsil edən istər özəl, istərsə də rəsmi olsun, bir dənə də müəssisə yoxdur.

"Livanda rəsmi olaraq Dağlıq Qarabağ Azərbaycan ərazisi kimi tanınır", - Qassub bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti