...

Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Sentyabr 2010 09:26 (UTC +04:00)
Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 28-də saat 13:10-dan 13:40-dək Ermənistan Respublikasının Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərimizi;
Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 29 sentyabr /Trend/

Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 28-də saat 13:10-dan 13:40-dək Ermənistan Respublikasının Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərimizi;

- saat 06:30-dan 06:50-dək Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;

- saat 06:45-dən 07:00-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən;

- saat 22:25-dən 22:30-dək Cəbrayıl rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;

- saat 22:20-dən 23:35-dək fasilələrlə Füzuli rayonunun Qorqan və Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən;

- sentyabrın 29-da saat 00:30-dan 00:50-dək Xocavənd rayonu ərazisindəki adzıs yüksəkliklərdə yerləşən mövqelərdən;

- saat 03:05-dən 03:15-dək və 05:25-dən 05:40-dək Ağdam rayonunun Şıxlar və Baş Qərvənd kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.
Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti