...

Erməni tərəfinin atəşkəs rejimini pozması nəticəsində bir azərbaycanlı hərbçi həlak olub, digəri yaralanıb – Müdafiə Nazirliyi (YENİLƏNİB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Oktyabr 2010 17:46 (UTC +04:00)
Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi 1991-ci il təvəllüdlü Mustafayev Telman Elman oğlu oktyabrın 28-də Azərbaycanın Qazax rayonu istiqamətində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində Ermənistan SQ-nin atəşkəs rejimini pozması nəticəsində həlak olub.
Erməni tərəfinin atəşkəs rejimini pozması nəticəsində bir azərbaycanlı hərbçi həlak olub, digəri yaralanıb – Müdafiə Nazirliyi (YENİLƏNİB)

RED. əlavəsi: yaralı hərbçi haqqında məlumat əlavə olunub

Аzərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi 1991-ci il təvəllüdlü Mustafayev Telman Elman oğlu oktyabrın 28-də Azərbaycanın Qazax rayonu istiqamətində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində Ermənistan SQ-nin atəşkəs rejimini pozması nəticəsində həlak olub. Bu barədə cümə günü Trend-ə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev bildirib.

Mustafayev həqiqi hərbi xidmətə 2010-cu ilin yanvarında Salyan rayon Hərbi Komissarlığından çağırılıb.

Onun sözlərinə görə, Azərbaycanın 1991-ci il təvəllüdlü daha bir hərbçisi Rəsul Hacızadə Goranboy rayonu istiqamətində atəşkəs rejiminin pozulması nəticəsində ayağından yaralanıb. Yaralı hospitalda yerləşdirilib. Onun vəziyyəti kafi qiymətləndirilir.

Hacızadə hərbi xidmətə Ağsu rayon Hərbi Komissarlığından çağırılıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti