...

Azərbaycan və Rusiya prezidentləri Dağlıq Qarabağ problemini və qaz nəqli marşrutlarını müzakirə edəcəklər – mənbə

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Noyabr 2010 11:55 (UTC +04:00)
Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev azərbaycanlı həmkarı İlham Əliyevlə cümə axşamı Bakıda keçiriləcək görüşdə Dağlıq Qarabağ problemini və Xəzərdəki yataqlardan enerjidaşıyıcıların nəql marşrutları variantlarını müzakirə edəcək. Bu barədə Rusiya nümayəndə heyətindən olan mənbə məlumat verib.
Azərbaycan və Rusiya prezidentləri Dağlıq Qarabağ problemini və qaz nəqli marşrutlarını müzakirə edəcəklər – mənbə

Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev azərbaycanlı həmkarı İlham Əliyevlə cümə axşamı Bakıda keçiriləcək görüşdə Dağlıq Qarabağ problemini və Xəzərdəki yataqlardan enerjidaşıyıcıların nəql marşrutları variantlarını müzakirə edəcək. Bu barədə Rusiya nümayəndə heyətindən olan mənbə məlumat verib.

Rusiya dövlətinin rəhbəri noyabrın 18-də Bakıda keçiriləcək III Xəzəryanı sammitdə iştirak edəcək. Medvedev həmçinin, bir sıra ikitərəfli, o cümlədən, Qazaxıstan və İran liderləri ilə görüşlər keçirəcək.

"Güman edirəm ki, İlham Əliyevlə görüşdə əsas mövzu əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi olacaq. İxtiyarımızda olan vaxtı sərf etməyimizi nəzərə alaraq, bir gün əvvəl Moskvada Ermənistan prezidenti Serj Sarksyan ilə görüş keçiriləcək. O, Rusiyada erməni ittifaqının yaradılmasının 10 illiyi münasibətilə keçiriləcək tədbirlərə gələcək", - RİA Novosti-nin mənbəsi bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Son iki ildə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin artıq yeddi üçtərəfli görüşü keçirilib. Oktyabrın 27-də Həştərxanda keçirilən sonuncu görüşdə tərəfləri hərbi əsirlərin və münaqişə zamanı həlak olanların meyitlərini mübadiləsinə razılaşıblar. Medvedevin sözlərinə görə, indi nəticədə sülh müqaviləsinin əsasına qoyulacaq nizamlama prinsipləri üzrə məsələlər hələ ki qalmaqdadır, lakin tərəflər yaxın ayda yaxşı işləsələr, dekabrın 1-2-də Qazaxıstanda keçiriləcək ATƏT sammitinədək nizamlamanın ümumi razılaşdırılmış variantlarına çıxmaq olar.

Rusiya nümayəndə heyətindən olan mənbənin sözlərinə görə, Dmitri Medvedev və İlham Əliyevin görüşündə müzakirə eediləcək ikinci mövzu yanacaq energetika kompleksləri ilə bağlıdır.

"Güman etmək olar ki, Xəzərdəki yataqlardan erejidaşıyıcıların nəql marşrutları məsələsinə də toxunulsun. "Nabukko" məsələsinin qaldırılması da istisna deyil", - agentliyin müsahibi qeyd edib.

Dəyəri 7,9 mlrd. avro olan "Nabukko" qaz kəməri ilə Azərbaycan və Mərkəzi Asiyadan Aİ ölkələrinə qaz ixracı nəzərdə tutulur. Qaz kəmərinin çəkilişi 2011-ci ilə təyin edilib. İlk tədarüklərə 2015-ci ildə start veriləcək.

"Nabukko" qaz kəmərinin tikintisi iki əsas fazanın gedişində həyata keçiriləcək. Tikintinin birinci fazasına (2011-ci il) Türkiyə sərhədindən başlayaraq Avstriyanın Baumqarten şəhərində başa çatan 2 min kilometr uzunluğunda boru kəmərinin çəkilişi daxildir. İkinci fazaya (2014-2015-ci illər) boru kəmərinin Türkiyə və Gürcüstan, eləcə də Türkiyə ilə İraq arasında yerdə qalan hissəsinin tikintisi daxildir.

"Nabukko" qaz kəmərinin uzunluğu 2730 kilometr olan birinci hissəsinin tikintisinə Ankaranın (Türkiyə) cənub hissəsindən başlanacaq və qərb istiqamətində Mərkəzi Anadolu və Mərmərə dənizindən keçərək Bolqarıstan sərhədinədək uzanacaq. Bu marşrutun 75 faizi mövcud boru kəmərləri vasitəsilə çəkiləcək.

Layihə iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın "Bulgargaz", Rumıniyanın "Transgaz", Türkiyənin "Botaş" və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

Xəbər lenti

Xəbər lenti