...

ATƏT PA-nın rəhbəri Yerevanda Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 May 2011 14:23 (UTC +04:00)
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bu gün Yerevanda səfərdə olan ATƏT-in Parlament Assambleyasının rəhbəri Petros Eftimiu ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edib.
ATƏT PA-nın rəhbəri Yerevanda Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Azərbaycan, Bakı, 10 may /Trend/

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bu gün Yerevanda səfərdə olan ATƏT-in Parlament Assambleyasının rəhbəri Petros Eftimiu ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edib.

Trend-in məlumatına görə, "Mediamaks"ın Ermənistan XİN-in mətbuat xidmətinə istinadən yaydığı xəbərə əsasən, Eftimiu barışıq rejiminin möhkəmləndirilməsi və snayperlərin geri çəkilməsi vasitəsilə etimad atmosferinin formalaşdırılmasının zəruriliyini qeyd edib və vurğulayıb ki, problemin dinc yolla həllinin alternativi yoxdur.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti