...

"Exo Moskvı"nın baş redaktoru Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etmək üçün qoyulan məhdudiyyətlər barədə bilməli idi - rusiyalı politoloq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 May 2011 16:46 (UTC +04:00)
"Exo Moskvı"nın baş redaktoru Aleksey Venediktov jurnalisti Dağlıq Qarabağa göndərməzdən əvvəl Azərbaycan tərəfindən qoyula biləcək məhdudiyyətlər haqqında öyrənməli idi. Rusiyalı politoloq, Trend-in ekspert Şurasının üzvü Aleksandr Karavayev bu fikirdədir.
"Exo Moskvı"nın baş redaktoru Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etmək üçün qoyulan məhdudiyyətlər barədə bilməli idi - rusiyalı politoloq

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir V.Javoronkova/

"Exo Moskvı"nın baş redaktoru Aleksey Venediktov jurnalisti Dağlıq Qarabağa göndərməzdən əvvəl Azərbaycan tərəfindən qoyula biləcək məhdudiyyətlər haqqında öyrənməli idi. Rusiyalı politoloq, Trend-in ekspert Şurasının üzvü Aleksandr Karavayev bu fikirdədir.

"Exo Moskvı"nın baş redaktoru jurnalisti göndərməzdən [Dağlıq Qarabağa] əvvəl səfər üçün Azərbaycan tərəfindən qoyula biləcək mümkün məhdudiyyətlər barədə öyrənməli idi və onun qərarı adekvat olmalı idi", - Moskvadan telefonla Trend-ə MDU-nun Analitik İnformasiya Mərkəzinin baş direktorunun müavini Karavayev bildirib.

Rusiyanın "Exo Moskvı" radiostansiyasının baş redaktorunun müavini Sergey Buntman Azərbaycan tərəfinə bildirmədən Dağlıq Qarabağın işğal olunmuş ərazilərinə səfər edib. Buntman orada separatçı liderlərdən müsahibə götürüb. Azərbaycan Xarici İşlər Nazirliyi jurnalisti respublikaya səfəri arzuolunmaz şəxslər siyahısına daxil edib. Belə qərar Bakını xəbərdar etmədən Dağlıq Qarabağa səfər edən bütün əcnəbilərə qarşı tətbiq edilir.

"Jurnalistlər istənilən məlumatı əldə etmək hüququna malikdirlər. Bu, ümumi qəbul edilmiş hüquqdur və o, beynəlxalq sənədlərdə öz təsdiqini tapıb. Lakin öz tərəfindən dövlət də bir sıra hallarda, xüsusilə də Azərbaycanın işğal olunmuş ərazilərə səfərlər zamanı onları məhdudlaşdıra bilər", - Karavayev bildirib.

"Dövlət, bu halda Azərbaycan bu fakta reaksiya vermək hüququna malikdir", - politoloq hesab edir.

"Jurnalistlər mümkün məhdudiyyətlər [Azərbaycan tərəfindən Dağlıq Qarabağa giriş üçün] haqqında bilirlərsə və belə qərar qəbul edirlərsə, onlar belə qərarın nəticələrini də qəbul etməlidirlər", - o vurğulayıb.

Karavayevin fikrincə, Azərbaycan hökuməti öz tərəfində də məntiqə uyğun hərəkət edərək "separatçıların ələ keçirdikləri ərazilərlə" bağlı lazım olduğu kimi hərəkət edir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti