...

Kazanda Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşü başlayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 İyun 2011 18:03 (UTC +04:00)
Kazan Kremlində Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqları başlayıb.
Kazanda Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşü başlayıb

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir E.Tarıverdiyeva/

Kazan Kremlində Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqları başlayıb.

Trend-in Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bu gün tərəflər münaqişəsinin nizamlanmasının baza prinsiplərini müzakirə edəcəklər.

"Nəticə əldə etmək üçün bir-birimizə yaxın olmalıyıq" Medvedev görüşün başlaması ərəfəsində deyib, məlumatı RİA-Novosti agentliyi yayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti