...

Azərbaycan Müdafiə Nazirliyi: Cəbhə xəttində gərginlik davam edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Sentyabr 2011 10:09 (UTC +04:00)
Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, qoşunların təmas xəttində gərginlik davam edir
Azərbaycan Müdafiə Nazirliyi: Cəbhə xəttində gərginlik davam edir

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, qoşunların təmas xəttində gərginlik davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə bildiriblər ki, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 19-da saat 23.00-dan 23.15-dək Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutub.

Həmin gün Ermənistan Ordusu saat 22.05-dən 22.15-dək Daşkəsən rayonunun ərazisindəki adsız yüksəkliklərdən, saat 22.35-dən 22.40-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22.05-dən 22.10-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22.20-dən 22.30-dək və 23.10-dan 23.25-dək Tərtər rayonunun Göyarx və Çaylı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar.

Daha sonra sentyabrın 20-də 04.40-dan 05.00-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 04.40-dan 05.00-dək Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti