...

Ermənistan AŞ PA-nın Dağlıq Qarabağ üzrə Alt Komitəsinin iclasında iştirakdan imtina edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Oktyabr 2011 18:59 (UTC +04:00)
Ermənistan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Dağlıq Qarabağ üzrə Alt Komitəsinin növbəti iclasında iştirak etməyib.
Ermənistan AŞ PA-nın Dağlıq Qarabağ üzrə Alt Komitəsinin iclasında iştirakdan imtina edib

Fransa, Strasburq, 3 oktyabr /Trend, müxbir A.Məhərrəmli/

Ermənistan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Dağlıq Qarabağ üzrə Alt Komitəsinin növbəti iclasında iştirak etməyib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

"Ermənistan nümayəndə heyəti Dağlıq Qarabağ üzrə Alt Komitənin iclasında iştirak etmədi. Biz xeyli fikir mübadiləsi apardıq və qərara gəlindi ki, onların bu görüşdə iştirak etməmələri haqqında Büroya məlumat verilsin. Mən isə konkret olaraq məsələni qaldırdım ki, Siz və biz burada şahidik ki, Ermənistan yekdilliklə qəbul olunmuş AŞ PA Bürosunun qərarını pozur və görüşdə iştirak etmir", - Seyidov bildirib.

Bu gün Azərbaycan və Ermənistanın AŞ PA-dakı nümayəndə heyətlərinin görüşü planlaşdırılırdı.

AŞPA-nın bu Alt Komitənin yaradılmasına dair 2005-ci ildə qəbul edilmiş Qətnaməsi var. Alt Komitənin əvvəlki sədri Lord Rassel Constonun vəfatından sonra sözügedən Komitə fəaliyyətini dayandırmışdı. Büro sonradan onun fəaliyyətinin bərpa olunmasına dair qərar verib.

Xəbər lenti

Xəbər lenti