...

Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Mart 2012 10:20 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub.
Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozub

Azərbaycan, Bakı, 28 mart /Trend/

Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 27-də saat 10:40-dan 10:45-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23:05-dən 23:10-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 23:10-dan 23:15-dək və 23:40-dan 23:45-dək Füzuli rayonunun Horadiz və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti