...

Əli Həsənov: Dağlıq Qarabağ problemi sülh yolu ilə həll edilməsə, Azərbaycan torpaqlarını hərbi yolla azad edəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Aprel 2012 13:17 (UTC +04:00)
ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ problemini ya sülh yolu ilə həll edəcək, ya da Azərbaycan işğal olunmuş torpaqlarını müharibə yolu ilə azad edəcək.
Əli Həsənov: Dağlıq Qarabağ problemi sülh yolu ilə həll edilməsə, Azərbaycan torpaqlarını hərbi yolla azad edəcək

Azərbaycan, Bakı, 23 aprel / Trend müxbir A.Tağıyeva/

ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ problemini ya sülh yolu ilə həll edəcək, ya da Azərbaycan işğal olunmuş torpaqlarını müharibə yolu ilə azad edəcək. Trend-in məlumatına görə, bunu Türkiyənin "Cümhuriyyət" qəzetinə müsahibəsində Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

O, bildirib ki, ATƏT-in Minsk qrupu illərdir Dağlıq Qarabağ problemini həll etməyə çalışır.

Müsahibəsində Xocalı soyqırımına toxunan Həsənov qeyd edib ki, əsl soyqırım Xocalıda törədilib.

PA rəsmisinin sözlərinə görə, 1992-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımın üzərindən 20 il keçməsinə baxmayaraq, hələ də bir çoxları bu məsələdə susurlar.

Həsənov onu da qeyd edib ki, ermənilər Azərbaycanın bir şəhərini yer üzündən silib və 600-dən çox Azərbaycan türkünü qətlə yetiriblər.

PA rəsmisi xüsusilə vurğulayıb ki, qondarma "erməni soyqırımı"na dəstək olanlar Xocalı soyqırımına baxsınlar.

Həsənov qeyd edib ki, Azərbaycan və Türkiyənin qarşısında soyqırımla əlaqədar iki problem var, bunlardan biri 1915-ci hadisələrinin hər il ermənilər tərəfindən gündəmə gətirilməsidir. Hər il Türkiyə və Azərbaycan bu məsələ ilə qarşı-qarşıya qalırlar. Problemlərdən digəri isə 1992-ci ildə azərbaycanlılara qarşı törədilən soyqırımdır.

Həsənovun sözlərinə görə, bəziləri hesab edirlər ki, Türkiyə Ermənistana qucaq açsa, ermənilər qondarma "soyqırım" iddialarından əl çəkəcəklər. Lakin bu, heç də belə deyil.

Həsənov müsahibəsində qeyd edib ki, Ermənistanın gələcəyi Rusiyaya bağlıdır.

Xəbər lenti

Xəbər lenti