Azərbaycan, Bakı, 22 noyabr /Trend/
Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov noyabrın 23-27-də Frankfurt Sülh Tədqiqatları İnstitutunun təşkil etdiyi "Dağlıq Qarabağ sülh prosesi: münaqişənin həllində ədalətin rolu" mövzusunda beynəlxalq konfransda iştirak və çıxış etmək üçün Almaniya Federativ Respublikasının Frankfurt şəhərində rəsmi səfərdə olacaq.
SAM-dan Trend-ə verilən məlumata görə, dörd gün davam edəcək konfransda aparıcı siyasətçi və alimlərin iştirakı gözlənilir.
Konfransın prioritet mövzusu siyasi və elmi müzakirələrdə kifayət qədər diqqət göstərilməyən "Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətin rolu" olacaq. Sülh naminə uzunmüddətli danışıqları nəzərə alaraq, "Sülh üçün nə qədər ədalət lazımdır?" sualı əsas müzakirə mövzusu olacaq.
Konfransın məqsədi qarşı tərəflərin şərtlərini analiz etməkdir. Alman mütəxəssislərin Dağlıq Qarabağ münaqişəsi və sülh prosesində ədalətin rolu mövzularında çıxışlarından sonra Azərbaycan və Ermənistanın tanınmış alimlərinin çıxışları planlaşdırılır.
Bundan sonra hər iki dövlətin nümayəndələri arasında münaqişənin həlli üçün təkliflərin müzakirəsi nəzərdə tutulub.