...

Amerikalı gənc tədqiqatçılara Qarabağ həqiqətləri barədə məlumat verilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Yanvar 2013 15:39 (UTC +04:00)
"Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin mərkəzi qərargahında ABŞ-ın Con Hopkins Universitetinin Paul Nitşe adına Ətraflı Beynəlxalq Tədqiqatlar Məktəbinin (SAIS) professorları və universitetin Münaqişələrin İdarəedilməsi Proqramının 16 nəfər tələbə-tədqiqatçısı ilə görüş keçirilib.
Amerikalı gənc tədqiqatçılara Qarabağ həqiqətləri barədə məlumat verilib (FOTO)

Azərbaycan, Bakı, 19 yanvar /Trend/

"Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin mərkəzi qərargahında ABŞ-ın Con Hopkins Universitetinin Paul Nitşe adına Ətraflı Beynəlxalq Tədqiqatlar Məktəbinin (SAIS) professorları və universitetin Münaqişələrin İdarəedilməsi Proqramının 16 nəfər tələbə-tədqiqatçısı ilə görüş keçirilib.

İctimai Birlikdən Trend-ə verilən məlumata görə, professorları Vilyam Zartman və Filip Terrens Hopman, eləcə də universitetin Münaqişələrin İdarəedilməsi Proqramının 16 nəfər tələbə-tədqiqatçısı İcmanın Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov və Dağlıq Qarabağın Azərbaycanlı İcmasının digər əməkdaşları ilə görüşüb.

Orxan Əkbərov tədqiqatçılara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bugünkü vəziyyəti və İcmanın problemin həlli istiqamətində gördüyü işlər və qarşıya qoyulmuş vəzifələr barədə məlumat verib. Münaqişənin həlli ilə bağlı iyirmi ildir ki, cəhdlər edən beynəlxalq qurumların ikili standartlara yol verdiyini və münaqişənin həllində qətiyyətli mövqe göstərmələrinin zəruriliyini görüş iştirakçılarının diqqətinə çatdıran Orxan Əkbərov bu münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyünün təmin olunması şərti ilə həll oluna biləcəyini xüsusi qeyd edib.

Tədqiqatçıları maraqlandıran məsələlərin əsasını münaqişənin həll olunacağı təqdirdə erməni və azərbaycanlı icmasının nümayəndlərinin birgə yaşaya bilməsi və gənc nəslin bu prosesə münasibəti olub. Mövzu ətrafında fikirlərini bildirən Orxan Əkvbərov Azərbaycan xalqının çox tolerant bir xalq olduğunu bildirərək qeyd edib ki, münaqişənin başlamasından və Azərbaycan torpaqları işğal olunmamışdan öncə ermənilər bizim tarixi torpaqlarımızda bizimlə birgə yaşamışdırlar və o zaman ermənilərin yaxşı yaşaya bilmələri üçün hər cür şəraitləri var idi: "Bugün də bu münaqişənin həll olunmasından sonra biz erməni icmasına Dağlıq Qarabağda həmin şəraiti yaradacağıq. Bunu gənc nəsil də bilir və onlar münaqişənin tez bir zamanda dinc yolla həll olunmasının, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmalarının tərəfdarıdırlar".

Tədbirin davamı olaraq ABŞ-dan gəlmiş nümayəndə heyəti Şuşadan məcburi köçkün düşmüş insanların kompakt yaşadığı Ramana qəsəbəsinə səfərləri təşkil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti