...

Ermənilər mövqelərimizi 4 istiqamətdə atəşə tutublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Yanvar 2013 10:27 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub.
Ermənilər mövqelərimizi 4 istiqamətdə atəşə tutublar

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir İ.İzzət/

Cəbhə xəttində atəşkəs növbəti dəfə pozulub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Şıxlar, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən movqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti