...

Erməni mənşəli suriyalı qaçqınların işğal altında olan torpaqlarımıza köçürülməsi məsələsi BMT-nin İnsan Hüquqları Şurasında qaldırılıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Mart 2013 22:13 (UTC +04:00)
Erməni mənşəli Suriyalı qaçqınların ölkəmizin Ermənistanın işğalı altında olan torpaqlarına köçürülməsinin qəbuledilməzliyi Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Murad Nəcəfbəyli tərəfindən BMT-nin İnsan Hüquqları Şurasında qaldırılıb.
Erməni mənşəli suriyalı qaçqınların işğal altında olan torpaqlarımıza köçürülməsi məsələsi BMT-nin İnsan Hüquqları Şurasında qaldırılıb

Azərbaycan, Bakı, 19 mart /Trend/

Erməni mənşəli Suriyalı qaçqınların ölkəmizin Ermənistanın işğalı altında olan torpaqlarına köçürülməsinin qəbuledilməzliyi Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Murad Nəcəfbəyli tərəfindən BMT-nin İnsan Hüquqları Şurasında qaldırılıb.

Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyindən Trend-ə verilən nəlumata görə, 2013-cü ilin mart ayında daimi nümayəndəmiz, səfir Murad Nəcəfbəyli erməni mənşəli Suriyalı qaçqınların ölkəmizin Ermənistanın işğalı altında olan torpaqlarına köçürülməsi ilə bağlı BMT-nin İnsan Hüquqları Şurasının prezidentinə məktub ünvanlayıb.

Məktubda Suriyada davam etməkdə olan böhran ilə əlaqədar həmin ölkədən çıxan erməni mənşəli qaçqınların Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş torpaqlarında məskunlaşdırılmasına dair mətbuat və qeyri-hökumət təşkilatları tərəfindən yayılmış məlumatlara istinad olunub, beynəlxalq hüquq, xüsusilə, IV Cenevrə Konvensiyası ilə ziddiyyət təşkil edən belə addımların arxasında Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzünün qəbuledilməz nəticələrinin möhkəmləndirilməsinə xidmət etməsi kimi siyasi məqsədlərin dayandığı bildirilib.

Məktubda, eyni zamanda, ATƏT tərəfindən ölkəmizin işğal olunmuş ərazilərində həyata keçirilmiş fakt-araşdırıcı missiyaların müxtəlif ölkələrdən ermənilərin həmin ərazilərdə yerləşdirilməsini təsdiqlədiklərinə və ATƏT-in həmsədrlərinin bu halı pislədiklərinə baxmayaraq, Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq bu siyasəti hələ də davam etdirməsi faktı qeyd edilib.

Müraciətdə, həmçinin, BMT-yə üzv dövlətlər, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı, Qaçqınlar üzrə Ali Komissarlıq və İnsan Hüquqları Şurasının xüsusi mandat daşıyıcıları Azərbaycanın işğal edilmiş ərazilərində davam etməkdə olan qeyri-qanuni məskunlaşmaya yaxından diqqət yetirməyə və müvafiq qətiyyətli tədbirlərin həyata keçirilməsinə çağrılıblar.

Daimi nümayəndəmizin məktubu BMT-nin İnsan Hüquqları Şurasının 22-ci sessiyasının rəsmi sənədi (A/HRC/22/G/12) qismində yayılıb.

BMT-nin İnsan Hüquqları Şurasının rəsmi sənədi ilə BMT İHŞ-nin və Daimi Nümayəndəliyimizin rəsmi internet səhifələrində (http://daccess-dds-ny.un.org/doc/UNDOC/GEN/G13/118/65/PDF/G1311865.pdf?OpenElement) və (http://azmission.ch/az/xeberler/20130319122749349.html) tanış olmaq mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti