...

Türkiyədə Xocalı soyqırımının tanınması haqqında qərar qəbul edilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Mart 2013 16:13 (UTC +04:00)
Türkiyənin paytaxtı Ankara şəhərinin Kızılcahamam Bələdiyyə Məclisi yekdilliklə Xocalı soyqırımının tanınması haqqında qərar qəbul edib.
Türkiyədə Xocalı soyqırımının tanınması haqqında qərar qəbul edilib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir E.Mehdiyev/

Türkiyənin paytaxtı Ankara şəhərinin Kızılcahamam Bələdiyyə Məclisi yekdilliklə Xocalı soyqırımının tanınması haqqında qərar qəbul edib.

Trend Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, sözügedən qərarda 26 fevral 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində ermənilər tərəfindən törədilmiş soyqırımın unudulmaması, insanlığa sığmayan bu soyqırımın gələcək nəsillərə və bəşəriyyətə çatdırılmalı olduğu qeyd edilib və bu acı, vəhşiliklə törədilmiş soyqırımın əbədiləşdirilməsinin vacibliyi vurğulanıb.

Qərarda, həmçinin Xocalıda ermənilər tərəfindən törədilmiş bu soyqırımın ermənilər üçün tarixi qara bir ləkə olduğu, bu vəhşiliyin bir nəslin yox edilməsi aktı olduğu vurğulanıb və bu cinayəti törədilənlərin cəzalandırılmasının vacibliyi xüsusi qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti