...

Ziyafət Əsgərov: Azərbaycan üçün əsas prinsip ölkənin ərazi bütövlüyü və suverenliyidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 May 2013 11:36 (UTC +04:00)
Azərbaycan üçün əsas prinsip ölkənin ərazi bütövlüyü və suverenliyidir. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycanın Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı "6 prinsip" adlı sənədi imzalamağa hazır olduğunu haqda bəyanatına münasibət bildirərkən deyib.
Ziyafət Əsgərov: Azərbaycan üçün əsas prinsip ölkənin ərazi bütövlüyü və suverenliyidir

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir A.Axundov/

Azərbaycan üçün əsas prinsip ölkənin ərazi bütövlüyü və suverenliyidir. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycanın Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı "6 prinsip" adlı sənədi imzalamağa hazır olduğunu haqda bəyanatına münasibət bildirərkən deyib.

Əsgərov bu prinsiplər barədə məlumatlı olmadığını bildirib: "Ermənistanın xarici işlər naziri belə bir bəyanat verib. Sözün düzü, mən bilmirəm ki, bu, hansı prinsiplərdir. Amma bununla əlaqədar, biz öz fikrimizi demişik və bir daha da bəyan edirik ki, bizim üçün əsas prinsip Azərbaycanın ərazi bütövlüyü və suverenliyidir".

Əsgərov vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin olunan halda qalan prinsiplərdən söhbət açmaq olar: "Amma birinci bu prinsip təmin olunmalıdır ki, qalan prinsiplər də artıq bundan yaransın".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti