...

Azərbaycanda minalardan 500-ə yaxın insan dünyasını dəyişib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 İyul 2013 11:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir İ.İzzət/

Azərbaycanda minalardan 500-ə yaxın insan dünyasını dəyişib. Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Nazim İsmayılov jurnalistlərə bildirib.

ANAMA-nın direktoru deyib ki, Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın böyük hissəsi minalardan zərər çəkib: "Azərbaycanda 1992-ci ildən bəri 3000-ə yaxın insan minalardan zərər çəkib, onlardan 500-ə yaxın insan dünyasını dəyişib. Bu, çox ciddi problemdir."

Onun sözlərinə görə, minalardan zərəçəkənləri aktiv işə, psixoloji cəhətdən cəmiyyətə qaytarmaq üçün layihələrin həyata keçirilməsi çox vacibdir və bu istiqamətdə Azərbaycan hökuməti, eləcə də ANAMA tərəfindən müəyyən işlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti