...

Azərbaycanın Kanadadakı səfirliyi deputatın Dağlıq Qarabağa qeyri-qanuni səfəri ilə bağlı məlumatları araşdırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Sentyabr 2013 17:36 (UTC +04:00)
Azərbaycanın Kanadadakı səfirliyi bu ölkənin parlamentinin deputatı Stefan Dionun separatçı Dağlıq Qarabağa qeyri-qanuni səfər etməsi ilə bağlı məlumatları araşdırır.
Azərbaycanın Kanadadakı səfirliyi deputatın Dağlıq Qarabağa qeyri-qanuni səfəri ilə bağlı məlumatları araşdırır

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın Kanadadakı səfirliyi bu ölkənin parlamentinin deputatı Stefan Dionun separatçı Dağlıq Qarabağa qeyri-qanuni səfər etməsi ilə bağlı məlumatları araşdırır.

Trend-in məlumatına görə, bu barədə bazar ertəsi keçirilən brifinqdə Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev bildirib:

"Azərbaycanın Kanadadakı səfirliyinə artıq müvafiq tapşırıq verilib".

Xatırladaq ki, bu gün Ermənistan KİV-ləri kanadalı deputatın Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməsi barədə məlumat yayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti