...

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun “Erməni lobbisinin biabırçı fiaskosu” adlı bəyanatı ABŞ mətbuatında dərc olunub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Oktyabr 2013 10:24 (UTC +04:00)
Ötən həftə erməni lobbisi tərəfindən Azərbaycanın işğal altında olan ərazilərinə təşkil edilmiş qanunsuz səfər barədə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun yaydığı bəyanat ABŞ-da 200-dən çox müxtəlif KİV tərəfindən dərc olunub.
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun “Erməni lobbisinin biabırçı fiaskosu” adlı bəyanatı ABŞ mətbuatında dərc olunub

Azərbaycan, Bakı, 2 oktyabr / Trend, müxbir S.Əhmədova /

Ötən həftə erməni lobbisi tərəfindən Azərbaycanın işğal altında olan ərazilərinə təşkil edilmiş qanunsuz səfər barədə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun yaydığı bəyanat ABŞ-da 200-dən çox müxtəlif KİV tərəfindən dərc olunub. Trend-in məlumatına görə, bunu Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu xəbər verir.

Bunların sırasında, "Reuters" xəbər agentliyini və "YahooNews" xəbər portalını, "BusinessWeek" jurnalını, "Wall Street Journal", "Boston Globe", "Sacramento Bee", "California Chronicle", "Los Angeles Daily News", "Kansas City Star" və "Pasadena Star-News" qəzetlərini xüsusilə qeyd etmək lazımdır.

Bəyanatda bildirilir: "Erməni lobbisinin biabırçı fiaskosu" (An Embarrassing Fiasco for the Armenian Lobby) başlıqlı bəyanatda bildirilir ki, ötən həftə Amerika Erməni Milli Komitəsinin (ANCA) öz gücünü göstərmək üçün Kaliforniyadan Azərbaycanın işğal altında olan torpaqlarına təşkil etdiyi səfər erməni lobbisi üçün növbəti biabırçı uğursuzluqla sonuclanıb. Qeyd olunur ki, Azərbaycan parlament nümayəndə heyətinin bu ilin mart ayında Kaliforniya Ştat Senatının rəsmi dəvətilə Kaliforniya paytaxtına olduqca uğurlu səfərindən sonra - o səfər ki,erməni lobbisi nə qədər çalışsa da, qarşısını ala bilmədi - lobbi bütün resurslarını səfərbər edərək, Kaliforniya rəsmilərinin Azərbaycanın işğal altında olan ərazilərinə səfərini təşkil etməyə girişib. "Ancaq ANCA-nın da bəyan etdiyi kimi, "5 aydan artıq müddətdə aparılmış işə" və Kaliforniya rəsmiləri ilə aparılmış yüzlərlə telefon zəngi, görüşlər, eləcə də onlara göndərilmiş elektron məktublara baxmayaraq, erməni lobbisi cəmi üç qeyri-erməni siyasətçini səfərdə iştiraka razı sala bilib. Bu üç siyasətçidən biri isə Baş Konsulluğumuza müraciət edərək, Dağlıq Qarabağ bölgəsinə səfər etmək üçün Azərbaycanın icazəsini xahiş etmişdir. Bu fiaskonu ört-basdır etmək üçün ANCA-nın nümayəndə heyətini etnik ermənilər hesabına doldurmaqdan başqa çarəsi qalmayıb. Nəticədə nümayəndə heyətinin 80 faizi ermənilərdən ibarət olub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti