...

Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkili üzərində çalışırlar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Fevral 2014 17:04 (UTC +04:00)
ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkili üzərində çalışırlar. Bu barədə Trend "İnterfaks"a istinadən məlumat verir.
Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkili üzərində çalışırlar

Azərbaycan, Bakı, 5 fevral /Trend/

ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkili üzərində çalışırlar. Bu barədə Trend "İnterfaks"a istinadən məlumat verir.

Minsk qrupunun rusiyalı həmsədri İqor Popov Yerevanda jurnalistlərə bildirib ki, danışıqlar prosesi yüksək səviyyədə davam etdirilməlidir: "İki prezidentin görüşünü təşkil etmək üçün onlara adekvat, dolğun təkliflər təqdim etmək lazımdır. Biz hazırda bunun üzərində çalışırıq".

Onun sözlərinə görə, Ermənistan rəhbərliyi ilə görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsipləri ilə bağlı məsələlər müzakirə olunacaq: "Bəzi məsələlər Parisdə müzakirə olunacaq [Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşündə]. Bütün məsələlər həll olunmayıb. Digərləri üzərində işləyəcəyik".

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə axşamı jurnalistlərə bildirmişdi ki, həmsədrlər Yerevana bir sıra təkliflərlə yola düşürlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti