...

Şimali Kiprdə Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş anım yürüş-mitinqi keçirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2014 16:42 (UTC +04:00)
Şimali Kipr Türk Respublikası Doğu Akdeniz Universitetinin (DAU) Azərbaycan Tələbə Cəmiyyətinin təşkilatçılığı ilə universitetdə Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş anım yürüş-mitinqi keçirilib.
Şimali Kiprdə Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş anım yürüş-mitinqi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 26 fevral /Trend/

Şimali Kipr Türk Respublikası Doğu Akdeniz Universitetinin (DAU) Azərbaycan Tələbə Cəmiyyətinin təşkilatçılığı ilə universitetdə Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş anım yürüş-mitinqi keçirilib.

Yürüş zamanı "Ya Qarabağ, ya ölüm", "Qarabağ bizimdir, bizim olacaq", "Justice for Khodjaly" və digər şüarlar səsləndirilib. Yürüşə xarici tələbələr də qoşulublar.

Daha sonra isə "Dolu" filimin təqdimatı olub.

Filmin təqdimindən öncə bir dəqiqəlik sükutla şəhidlərimizin xatirəsi yad edilib və Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Sonra universitetin Azərbaycan Tələbə Cəmiyyətinin prezidenti Toğrul İbrahimli Xocalı soyqırımı ilə bağlı çıxış edib. O, çıxışı zamanı tələbələri daha da bir olmağa, birliyə səsləyib.

Bundan sonra Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri, DAU-nun türkdilli ölkələr üzrə rektor koordinatoru Orxan Həsənoğlu çıxış edib. O, dünya birliyinin hələ də bu vəhşiliyə biganə yanaşmasından şikayətlənib: "Məncə, biz Xocalıda torpaqlarımızı itirmədik, duyğularımızı itirdik. Hər kəs çox yaxşı bilir, lakin dünya birliyi hələ də bu vəhşiliyə susur".

Təqdimat mərasiminə qatılan adıçəkilən filmdə baş rolun ifaçısı, aktyor Məmməd Səfa da çıxış edərək təşkilatçılara minnətdarlığını bildirib.

Tədbirdə çıxış edən Doğu Akdeniz Universitetinin rektoru, professor Abdullah Öztoprak ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi vəhşilikləri qəti şəkildə pisləyərək, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizmdən, dinc azərbaycanlılara qarşı törədilən soyqırım aktlarından, bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz yurd-yuvasına dönməsinə imkan verilməməsindən danışıb.

Tədbir televiziya və digər kütləvi informasiya vasitələri ilə geniş işıqlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti