...

Həmsədrlər Kəlbəcər və Laçına səfər edəcəklər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 May 2014 10:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir S.Əhmədova/

ATƏT-in Minsk qrupunun həmsədrləri Jak For (Fransa), İqor Popov (Rusiya) və Ceyms Uorlik (ABŞ) regiona səfərləri çərçivəsində Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş Kəlbəcər və Laçın rayonlarına səfər etməyi planlaşdırırlar.

Trend-in məlumatına görə, bu barədə amerikalı həmsədr C.Uorlik öz "twitter" səhifəsində yazıb.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri gələn həftə regiona səfər edəcəklər. Həmsədrlərin səfərinin məqsədi faktaraşdırıcı missiyadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti