...

Əli Əhmədov: Dağlıq Qarabağ uğrunda milyonlarla insan yürüşə hazırdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 İyun 2014 12:59 (UTC +04:00)
Bu gün Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov Milli Qurtuluş Günü münasibətilə "Harley Devidson HOG Baku"-nun təşkilatçılığı, ANS-in informasiya dəstəyi ilə "Azərbaycanı Avropada tanıdaq!" devizi altında həyata keçirilən 10000 km-lik motoyürüş iştirakçılarını qəbul edib.
Əli Əhmədov: Dağlıq Qarabağ uğrunda milyonlarla insan yürüşə hazırdır

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov Milli Qurtuluş Günü münasibətilə "Harley Devidson HOG Baku"-nun təşkilatçılığı, ANS-in informasiya dəstəyi ilə "Azərbaycanı Avropada tanıdaq!" devizi altında həyata keçirilən 10000 km-lik motoyürüş iştirakçılarını qəbul edib.

Trend-in məlumatına görə, Ə.Əhmədov qeyd edib ki, ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsinə həsr edilən Milli Qurtuluş Günü münasibətilə həyata keçirilən bu aksiya Heydər Əliyevin Azərbaycan xalqına göstərdiyi xidmətlərə verilən qiymətdir.

Baş nazirin müavini vurğulayıb ki, yürüş zamanı çətinliklərə tab gətirmək ümummilli lider Heydər Əliyevə olan dərin hörmətdən irəli gəlir: "Yürüşə çıxmazdan əvvəl siz bilirdiniz ki, çətinliklərlə rastlaşacaqsınız, ancaq ümummilli lider Heydər Əliyevin xidmətlərinə qiymət vermək üçün bu çətinliklərə sinə gəlmək lazımdır. Mən bunu yüksək qiymətləndirirəm. Bu aksiya gənclərə də bir nümunədir. Siz bir daha qurtuluşun nə olduğunu səfər etdiyiniz ölkələrdə insanlara çatdırmısınız. Heydər Əliyevin xidmətlərinə yüksək qiymət verənlərin sayı o qədər artıb ki, əks qüvvələrin çəkisi qalmayıb".

Ə.Əhmədov bildirib ki, Azərbaycan dünyanın ən uğurlu ölkələrindən biridir və bu uğurun əsasında məhz Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə gəlməsi dayanır: "Bu gün Azərbaycan dünyanın ən sabit ölkələrindən biridir. Azərbaycandakı sabitlik, dinclik və əmin-amanlıq dünyanın bir çox ölkəsində yoxdur. Əgər sabitlik, əmin-amanlıq olmasa, yerdə qalan bütün dəyərlər əhəmiyyət kəsb etməz. Azərbaycanda Heydər Əliyevin qayıdışı ilə bağlı yaranmış bu sərvət xalqın ən böyük sərvətidir. Bu əmin-amanlıq həyatımızı dəyişib, Azərbaycanda bütün sahələrdə ciddi uğurlar əldə edilib".

Onun sözlərinə görə, Azərbaycan öz həyatının inkişaf tempi, tolerantlığı, unikallığı, iqtisadiyyatının inkişafı ilə dünyanın diqqətini cəlb edən ölkəyə çevrilib. Azərbaycan ərazi və əhali baxımından kiçik ölkə olsa da, dünyada oynadığı rol baxımından kiçik ölkə sayıla bilməz.

Ə.Əhmədov əlavə edib ki, bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Hər bir Azərbaycan vətəndaşı gələcəyə ümidlə baxır. Sizin yürüşünüz məhz bu uğurlardan qaynaqlanıb. Mən əminəm ki, cənab Prezident, Ali Baş Komandan əmr versə, Azərbaycan uğrunda, Dağlıq Qarabağ uğrunda milyonlarla insan yürüşə hazır olduğunu bəyan edəcək. Azərbaycan insanlarında artıq bu inam formalaşıb".

ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev yürüş haqqında məlumat verərək bildirib ki, yürüşün məqsədi Azərbaycanın bugünkü reallıqları, Xocalı faciəsi haqqında xarici ölkələrdə insanlara məlumat vermək olub.

Onun sözlərinə görə, yürüş zamanı Avropanın bir neçə ölkəsində gənclərlə görüş keçirib, onlara Azərbaycanın bugünkü vəziyyəti, Xocalı faciəsi haqqında məlumat verilib. V.Mustafayev bildirib ki, Avropa ölkələrində hər kəs Azərbaycanı tanıyırdı.

V.Mustafayev eyni zamanda onları lazımi materiallarla, kitablarla təmin etdiklərinə görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirib.

Bir neçə ölkədə Heydər Əliyevin abidəsini ziyarət etdiklərini deyən V.Mustafayebv bildirib ki, motoyürüş Serbiyanın paytaxtı Belqrad şəhərində Heydər Əliyevin abidəsini ziyarət etməklə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti