...

MN: Ermənistan tərəfi cəbhədəki ağır uğursuzluqları və verdikləri çoxsaylı itkilərini gizlətməyə cəhd göstərir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Mart 2016 12:18 (UTC +04:00)
Qoşunların təmas xəttində Silahlı Qüvvələrimizin bölmələri tərəfindən guya kəşfiyyat-təxribat əməliyyatı keçirilməsi barədə Ermənistan mətbuatının yaydığı məlumatlar tam yalandır, dezinformasiya xarakteri daşıyır və cəbhə xəttindəki vəziyyəti düzgün əks etdirmir.
MN: Ermənistan tərəfi cəbhədəki ağır uğursuzluqları və verdikləri çoxsaylı itkilərini gizlətməyə cəhd göstərir

Bakı. Trend:

Qoşunların təmas xəttində Silahlı Qüvvələrimizin bölmələri tərəfindən guya kəşfiyyat-təxribat əməliyyatı keçirilməsi barədə Ermənistan mətbuatının yaydığı məlumatlar tam yalandır, dezinformasiya xarakteri daşıyır və cəbhə xəttindəki vəziyyəti düzgün əks etdirmir.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir.

Nazirliyin məlumatında qeyd edilir ki, Ermənistan tərəfi bu kimi xəbərləri yaymaqla son günlər cəbhədəki ağır uğursuzluqları və verdikləri çoxsaylı itkilərini gizlətməyə cəhd göstərir: "Düşmən o qədər qorxu içindədir ki, hətta dinc sakinlər və qoyun-quzu sürülərində də özlərinə qarşı təhlükə görürlər. Cəbhədə əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti