...

ABŞ Dövlət Departamenti: Kerri və Lavrov münaqişə tərəfləri arasında əmin-amanlığın bərpasını vacib sayır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 May 2016 06:14 (UTC +04:00)
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri telefon danışıqları zamanı vurğulayıblar ki, Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasında əmin-amanlığın bərpası üçün səyləri davam etdirmək lazımdır.
ABŞ Dövlət Departamenti: Kerri və Lavrov münaqişə tərəfləri arasında əmin-amanlığın bərpasını vacib sayır

Trend-i buradan izləyin

Bakı. Trend:

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri telefon danışıqları zamanı vurğulayıblar ki, Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasında əmin-amanlığın bərpası üçün səyləri davam etdirmək lazımdır.

Trend-in məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi brifinq zamanı bildirib.

O deyib: "Onlar həmçinin Dağlıq Qarabağı, orada yaranan münaqişəni və tərəflər arasında əmin-amanlığın daha yaxşı şəkildə bərpası üçün səyləri davam etdirməyin lazım olduğunu müzakirə ediblər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti