...

İranlı deputat: Ermənistanın tördiyi cinayətlərə qarşı İran XİN-ni qətiyyətli mövqe göstərmir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 İyul 2017 18:36 (UTC +04:00)

Bakı. Trend:

İran parlamentinin Urmiyadan olan millət vəkili Ruhulla Xazretpur Ermənistan tərəfindən Dağlıq Qarabağda müsəlmanlara qarşı törədilən cinayətlərə qarşı qətiyyətli mövqe göstərmədiyinə İran XİN-nin ittiham edib.

Trend-in Anadolu-ya istinadən verdiyi məlumata görə, bu haqda İran mətbuatı xəbər verir.

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifə ünvanladığı müvafiq məktub İran parlamentinin açıq iclasında oxunub.

Məktubda deyilir: "Bu cinayətlərə susmaq İran XİN-nin və cənab Zərifin qüsursuz reputasiyasına kölgə salır".

Millət vəkili hesab edir ki, Dağlıq Qarabağda müsəlmanlara qarşı cinayətlərə İran XİN qətiyyətli mövqe nümayiş etdirməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti