...

Azərbaycan Silahlı Qüvvələrinin maliyyələşməsi 2017-ci ildə 17-20% artıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 İyul 2017 17:27 (UTC +04:00)
Azərbaycan Silahlı Qüvvələrinin maliyyələşdirilməsi 2017-ci ildə 17-20% artıb.
Azərbaycan Silahlı Qüvvələrinin maliyyələşməsi 2017-ci ildə 17-20% artıb

Bakı. Trend:

Azərbaycan Silahlı Qüvvələrinin maliyyələşdirilməsi 2017-ci ildə 17-20% artıb.

Trend-in məlumatına görə, bunu RİA Novosti agentliyinə müsahibəsində Azərbaycanın müdafiə naziri Zakir Həsənov deyib.

Nazir deyib: "Baxmayaraq ki, indi bütün dünya böhran yaşayır, bu böhran bizdən də yan keçməsə də, ölkəmizə elə böyük təsiri olmayıb. Məni müdafiə naziri kimi ordunun maliyyələşdirilməsi maraqlandırır. Ötən il ordunun maliyyələşdirilməsi artıb. Bu il maliyyələşdirilmə 17-20% artıb. Bu onu göstərir ki, Prezident və Ali Baş Komandan İlham Əliyev başda olmaqla, Azərbaycan hökuməti orduya, onun yeni silahlarla təchiz olunmasına böyük diqqət ayırır. Son illər qarşımızda qoyulan vəzifə ordunu modernləşdirmək və gücləndirmək olub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti