...

ABŞ: Cenevrə görüşü Dağlıq Qarabağ münaqişəsi tərəflərinin yaxşı niyyətlə danışıqlar aparmağa hazır olduqlarını göstərdi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Noyabr 2017 20:56
Cenevrə görüşü Dağlıq Qarabağ münaqişəsinin tərəflərinin yaxşı niyyətlə danışıqlar aparmağa hazır olduqlarına dair mühüm bir siqnal oldu.
ABŞ: Cenevrə görüşü Dağlıq Qarabağ münaqişəsi tərəflərinin yaxşı niyyətlə danışıqlar aparmağa hazır olduqlarını göstərdi

Trend-i buradan izləyin

Bakı. Trend:

Cenevrə görüşü Dağlıq Qarabağ münaqişəsi tərəflərinin yaxşı niyyətlə danışıqlar aparmağa hazır olduqlarına dair mühüm bir siqnal oldu.

Trend-in məlumatına görə, bunu ABŞ-ın ATƏT-dəki Missiyasının müvəqqəti işlər vəkili Harri Kamian noyabrın 9-da Vyanada keçirilən ATƏT Daimi Şurasının iclasında səsləndirdiyi bəyanatında deyib.

Onun sözlərinə görə, həmsədr ölkə olaraq ABŞ, Minsk qrupunun həmsədrlərinin işinə qərarlı şəkildə dəstəkləyir: "Biz sizin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün tərəflər ilə sıx əlaqədə olmağınızı yüksək qiymətləndiririk".

Amerikalı diplomat qeyd edib ki, Birləşmiş Ştatlar, oktyabrın 16-də Cenevrədə Minsk qrupunun həmsədrləri ilə Azərbaycan və Ermənistan prezidentlərinin sammit sonrası verdiyi birgə bəyanatı alqışlayır.

Onun sözlərinə görə bu sammit Dağlıq Qarabağ münaqişəsinin tərəflərinin yaxşı niyyətlə danışıqlar aparmağa hazır olduqlarına dair mühüm bir siqnal oldu.

"Biz şadıq ki, prezidentlər təmas xəttində gərginliyin azaldılması üçün dərhal lazımi tədbirlər görməyə razılaşıblar və biz tərəfləri bu müsbət təkana əsaslanmağa çağırırıq".

Daha sonra Kamian tərəflərin 2016-ci ilin may və iyun aylarında müvafiq olaraq Vyana və Sankt-Peterburq sammitlərində razılaşdırılmış tədbirləri yerinə yetirmək çağırışını bir daha təsdiqlədi.

"Tərəflər Sədrin şəxsi nümayəndəsinin dəftərxanası tərəfindən nəzarətin genişləndirilməsi haqqında razılığa gəliblər ki, bu da son nəticədə 2018-ci il üçün ATƏT-in büdcəsində əksini tapa bilər. Birləşmiş Ştatlar həmçinin tərəfləri ATƏT-in araşdırma mexanizminin yaradılması barədə təklif üzərində işləməyə çağırır".

Bundan başqa, yerlərdə vəziyyətin müşahidəsi üzrə ATƏT missiyasının qiymətləndirilməsinin vacibliyini vurğulayaraq, Kamian qeyd edib ki, atəşkəs rejiminin hətta kiçik pozulması belə tez bir zamanda nəzarət altından çıxa bilər.

O, əlavə edib ki, Birləşmiş Ştatlar yerlərdə vəziyyətin sabitləşməsi və həmsədrlərin vasitəçilik səylərinin dəstəklənməsində Avstriyanın sədrliyinin və fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsinin sıx əməkdaşlığını yüksək qiymətləndirir: "Biz həmçinin etimadın möhkəmləndirilməsi tədbirlərini dəstəkləyirik və ermənilərlə azərbaycanlılar arasında dialoqu genişləndiririk. Bu, təhlükəsizliklə bağlı vəziyyəti sabitləşdirməyə və danışıqlar üçün daha konstruktiv mühit yaratmağa kömək edə bilər.

Amerikalı diplomat vurğulayıb ki, bu münaqişə həqiqətən həddən artıq uzun müddətdir ki davam edir və əlavə edib ki, mövcud status-kvonun saxlanılması yolverilməzdir: "Eyni zamanda biz hamımız razılaşırıq ki, münaqişənin hərbi həlli ola bilməz. ATƏT-in Minsk qrupunun həmsədri kimi Birləşmiş Ştatlar əvvəlki kimi tərəflərlə Helsinki Yekun aktında əks olunan, iştirakçı dövlətlər tərəfindən qəbul edilən güc tətbiq etməmək, ərazi bütövlüyü və bərabər hüquqlar prinsiplərinə əsaslanan həll yollarını axtarmaq üçün münaqişənin möhkəm və sülh yolu ilə həlli istiqamətində iş aparmağa dərindən sadiqdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti