...

Vitse-spiker: Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində müəyyən canlanma müşahidə olunur

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Fevral 2019 13:16 (UTC +04:00)
Ötən ilin sonu və bu ilin əvvəlindən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində müəyyən canlanma müşahidə olunmaqdadır.
Vitse-spiker: Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində müəyyən canlanma müşahidə olunur

Bakı. Elçin Mehdiyev – Trend:

Ötən ilin sonu və bu ilin əvvəlindən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində müəyyən canlanma müşahidə olunmaqdadır.

Trend-in məlumatına görə, bunu Milli Məclisin sədr müavini Bahar Muradova parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.

O qeyd edib ki, həm beynəlxalq təşkilatların, həmsədr ölkələrin, həm də Azərbaycan və Ermənistan rəhbərlərinin bəyanatlarında əksini tapan məqamlar müəyyən qədər ümidlənməyə, məsələnin ölü nöqtədən tərpənməsinə əsas verir, problemi həll etmək yolunda gücümüzün artması, bəzi dairələrin səylərini artırmaq cəhdləri barədə düşünməyə vadar edir.

B.Muradovanın sözlərinə görə, Azərbaycan dövlətinin öz vətəndaşının yanında olması heç zaman şübhə doğurmayıb, bu, ardıcıl məqsədyönlü siyasətdir: “Hətta əksini söyləyənlər də bunu görür. Lakin onların məqsədləri gündəmi dəyişmək, bizi qarşımızda dayanan məqsədlərdən yayındırmaqdır. Ona görə də biz diqqətimizi əsas məqsədimizə yönəltməliyik. Bütün həmkarlarımızı beynəlxalq hüquq çərçivəsində, ikitərəfli və çoxtərəfli əsasda, Azərbaycanın artan iqtisadi və hərbi qüdrətinin qarşısında vahid məqsəd olan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin və danışıqlar prosesini irəliyə aparmağa çağırıram".

Vitse-spiker hesab edir ki, bütün məqamlarda məqsəd məhz bu olmalıdır: "Bizi bu niyyətdən yayındıran dairələrin cəhdlərinə qətiyyən uymamalı, məqsədimizi bu istiqamətə yönəltməliyik. Hesab edirəm ki, Azərbaycanın artan gücü bu dairələri narahat edən məsələləri gündəmə gətirməyə vadar edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti