...

Erməni təxribatları nəticəsində ölən mülki şəxslərin sayı 65-ə çatdı - Prokurorluq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Oktyabr 2020 14:10 (UTC +04:00)
Erməni təxribatları nəticəsində ölən mülki şəxslərin sayı 65-ə çatdı - Prokurorluq

Bakı. Samir Əli - Trend:

Erməni təxribatı nəticəsində ölən və yaralanan Azərbaycanın mülki vətəndaşlarının sayı açıqlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 65 mülki şəxs həlak olub, 297 nəfər yaralanıb.

Bundan başqa, 402 mülki obyekt, 90 hündürmərtəbəli yaşayış binası və 2243 yaşayış evi yararsız hala düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti