...

Azərbaycanın Mədəniyyət Nazirliyi "Unudulmaz Qarabağ" həftəsi keçirəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Oktyabr 2006 12:43 (UTC +04:00)

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi oktyabrın 25-dən 31-dək ümumrespublika mədəni-siyasi aksiyası - "Unudulmaz Qarabağ" adlı incəsənət həftəsi keçirəcək. Bu barədə Trend ə nazirlikdən məlumat verilib.

Tədbirdə məqsəd gənclərdə vətənpərvərlik hissinin artırılması, Qarabağ mövzusunun təbliğindən ibarətdir.

Tədbirlər proqramına Bakı, Gəncə və ölkənin digər iri şəhər və rayonlarında teatr tamaşalarının, sərgilərin, kitab yarmarkalarının keçirilməsi daxildir. Bundan başqa, uşaq musiqi kollektivinin çıxışları, Şuşa Dövlət Dram, Dövlət Gənc Tamaşaçılar və Patomima teatrları truppalarının hərbi hissələrə qastrolları olacaq.

Xəbər lenti

Xəbər lenti