...

AŞPA Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının uzadılmasından təəssüfləndiyini bildirir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Yanvar 2007 13:14 (UTC +04:00)

AŞPA Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının uzadılmasından təəssüfləndiyini bildirir. Bu barədə Avropa Şurasının informasiya ofisi tərəfdən "ARKA" agentliyinə təqdim olunmuş, Ermənistanın Avropa Şurası qarşısında öhdəliklərinin icrası üzrə AŞPA-nın qətnamə layihəsində qeyd olunub.

"Assambleya təəssüflə bildirir ki, 2006-cı ildə Ermənistan və Azərbaycan prezidentlərinin üç dəfə görüşmələrinə və Minsk qrupu həmsədrlərinin böyük səylərinə baxmayaraq, indiyədək Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasında ciddi irəliləyiş əldə olunmayıb", - deyə qətnamədə qeyd olunub.

"Assambleya bir məsələni də xatırlatmağı zəruri hesab edir ki, bu münaqişənin tezliklə başa çatması iki ölkənin maraqlarına əsaslanır", - deyə sənəddə qeyd olunub.

Bu zaman AŞPA-da Ermənistan və Azərbaycanın Avropa Şurasına daxil olarkən götürdükləri öhdəliklərə uyğun olaraq, münaqişənin həlli üçün gücün tətbiq olunması ehtimalı istisna olunur. Bu barədə Trend xəbər verir.

"Problemin qəti həlli əldə olunmayanadək, bölgənin sabitlik və çiçəklənmə perspektivi əsassız qalır", - deyə sənəddə vurğulanıb.

Qətnamədə həmçinin qeyd olunub ki, Avropa Şurası danışıqlar prosesinə müdaxilə etməkdən imtina edərək, danışıqdarda əlverişli atmosferin formalaşmasına və həm parlament səviyyəsində, həm də Ermənistan, Azərbaycan və Dağlıq Qarabağ əhalisi arasında dialoqun möhkəmlənməsinə yardım göstərməyə hazırdır.

Xəbər lenti

Xəbər lenti