...

Azərbaycanlıların soyqırımına dair beynəlxalq konfrans keçiriləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Mart 2007 11:38 (UTC +04:00)

Azərbaycan, Bakı/müxbir Trend S.İlhamqızı/Azərbaycanın Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və "İRƏLİ" Ümumrespublika Gənclər Hərəkatı 31 Mart azərbaycanlıların soyqırım günü ilə əlaqədar "Faciənin tarixi" adlı Beynəlxalq Konfrans keçirəcəklər. Toplantı martın 31-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında olacaq. Konfransda nazirlər, millət vəkilləri, ictimaiyyət nümayəndələrindən başqa, xarici məruzəçilər qismində Türkiyənin tanınmış tarixçisi professoru Yusif Halaçoğlu, Türkiyənin Millət Vəkili Müzəffər Gülyurd və digərləri çıxış edəcək.

Martın 30-da həmçinin "Excelsior Otel"də azərbaycanlıların soyqırımını əks etdirən musiqili videoklipin təqdimat mərasimi keçiriləcək. Videoklipdən başqa, DVD, əlavə olaraq azərbaycanlıların məruz qaldığı soyqırımları əks etdirən və ingilis dilində çap olunan "Faciənin tarixi" adlı kitabça da təqdim ediləcək.

Təqdimat mərasiminin ardınca Türkiyə Tarix Qurumunun Başqanı Yusuf Halaçoğlu və Ak Partidən millət vəkili Muzaffer Gülyurdun iştirakı ilə mətbuat konfransı keçiriləcək, soyqırım həqiqətlərinin dünyaya çatdırılması ilə əlaqədar Azərbaycan və Türkiyə ictimai xadimlərinin birgə görəcəkləri işlərə dair məlumatlar veriləcək.

Xəbər lenti

Xəbər lenti