...

Azərbaycandakı erməni dilini bilən mütəxəssislər Türkiyəyə aparılacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Mart 2007 15:27 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ İstanbul Universitetində erməni dilinin tədrisi ilə bağlı Azərbaycandan iki müəllim Türkiyəyə aparılacaq. Bu barədə Bakıda səfərdə olan Türkiyə Tarix Qurumunun başqanı professor Yusuf Halaçoğlu cümə günü keçirdiyi mətbuat konfransında açıqlama verib. O bildirib ki, ali məktəbin tarix fakültəsində erməni dili bölməsi fəaliyyət göstərir, lakin erməni dilini bilən kadrların çatışmazlığı var. Professorun sözlərinə görə, erməni dili şərqi və qərbi erməni dili olmaqla bir-birindən fərqlənir. Halaçoğlu qeyd edib ki, düşmənlərimizin iddia etdikləri qondarma "erməni soyqırımı"na, yəni 1915-ci il hadisələrinə dair erməni arxivləri məhz qərbi erməni dilindədir. Bu faktları, arxiv sənədlərini öyrənmək üçün erməni dilini bilmək lazımdır. Türkiyə erməni dili problemini həll etmək üçün Azərbaycanda yaşayan və bu dili bilən mütəxəssislərin köməyindən istifadə edəcək. Həmin mütəxəssislər Türkiyəyə gedərək erməni dilindən dərs deyəcək.

Xəbər lenti

Xəbər lenti