...

Ermənistan Silahlı Qüvvələri yenidən atəşkəsi pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Aprel 2007 10:59 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 26-da saat 18:20-dən 18:30-dək Ağdam rayonunun Cəvahirli kəndinin 1,5 kilometr cənub-şərqində, saat 20:30-dan 21:00-dək isə Zəngişalı kəndinin 4,8 kilometr qərbində yerləşən mövqelərindən Azərbaycan Milli Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə cümə günü Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, cavab atəşi ilə düşmən susdurulub, itki yoxdur.

Xəbər lenti

Xəbər lenti